Nazir Böyük Britaniyaya işgüzar səfər etdi
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Birləşmiş Krallıqda iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
“Yeni Sabah” xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Baş nazirin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşərək strateji tərəfdaşlıq, qeyri-neft-qaz, sənaye, enerji və maliyyə xidmətləri sahələrində birgə təşəbbüsləri, eləcə də Britaniya investorlarının Azərbaycandakı layihələrə cəlb olunmasını müzakirə edib.
London Fond Birjasının baş icraçı direktoru Deym Hoget ilə görüşdə kapital bazarları və Azərbaycan şirkətlərinin beynəlxalq maliyyə resurslarına çıxışı nəzərdən keçirilib. Səfər zamanı həmçinin “Hinduja Group”, “Gulf Oil International Limited”, “Air Asia” və “JPMorgan Chase” nümayəndələri ilə investisiya, aviasiya, ticarət və infrastruktur layihələrinin maliyyələşdirilməsi üzrə fikir mübadiləsi aparılıb. Dördpendirli pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 26 Oktyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















