Icma.az
close
up
RU
Nazir bp nin regional prezidenti ilə görüşdü Fotolar

Nazir bp nin regional prezidenti ilə görüşdü Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüş olub.

“Qafqazinfo” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən dövrdə nazirliklə bp arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, müxtəlif istiqamətlər üzrə birgə layihələrin icra edildiyini bildirib.

Belə layihələrdən biri kimi “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətinin artırılması” layihəsinin önəmi qeyd edilib. Qeyd edilən kateqoriyaya aid şəxslərin əmək bazarına inteqrasiyasına, inklüziv məşğulluğun təşviqinə mühüm dəstək olan bu layihənin icrası çərçivəsində görülmüş işlər diqqətə çatdırılıb.

Ölkədə əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində tədqiqatların aparılması, bu sahədə nazirliyin kadr potensialının gücləndirilməsi istiqamətində də bp ilə nazirliyin əməkdaşlığından bəhs olunub.

Cio Kristofoli bp şirkətinin fəaliyyətində sosial cəhətdən həssas qruplarla, o cümlədən əlilliyi olan şəxslərlə bağlı dəstək istiqamətinin də mühüm yer tutduğunu, tərəfdaşlarla birgə icra etdiyi sosial layihələrini qeyd edib.

Görüşdə əldə olunmuş müsbət əməkdaşlıq təcrübəsinin davam etdirilməsinin, yeni birgə layihələrin həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb, bu mövzuda fikir mübadiləsi aparılıb.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Aprel 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri