Icma.az
close
up
RU
Nazir rektorlarla görüşdü FOTOLAR

Nazir rektorlarla görüşdü FOTOLAR

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Martın 3-də Bakı Ali Neft Məktəbində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. 

"Unikal" xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul prosesinə həsr olunmuş görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavinləri, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev gündəlikdə yer alan məsələləri qeyd edib və müzakirəsinin əhəmiyyətini vurğulayıb.  

Daha sonra Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Biliyin qiymətləndirilməsi və ali təhsil müəssisələrinə tələbə qəbulu” mövzusunda geniş təqdimatla çıxış edib. Sədr müasir dövrdə ölçülməsi vacib olan bilik və bacarıqlardan bəhs edib, xüsusilə rəqəmsal savadlılığın qiymətləndirilməsində əsas məqamları diqqətə çatdırıb. Qeyd olunub ki, qəbul prosesi məqsədyönlü və məsuliyyətli təhsil trayektoriyasının başlanğıcı kimi formalaşdırılmalıdır.

Çıxışında ali təhsil müəssisələri ilə bağlı mövcud problemlərə və həlli yollarına toxunan Emin Əmrullayev bu sahədə gələcək fəaliyyət istiqamətləri barədə də ətraflı məlumat verib. Nazir ali təhsil müəssisələri arasında rəqabət mühitinin gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb, bunun təhsilin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq reytinqlərdə mövqelərin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüş çıxışlardan sonra qarşılıqlı müzakirə formatında davam etdirilib, mövcud məsələlər ətrafında fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Mart 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri