Nazir: Erməniəsilli şəxslərin azad olunmaları ilə bağlı...
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərin azadlığa buraxılması ilə bağlı ölkəyə qarşı kampaniyaları aparan şəxslər anlamalıdırlar ki, bu kimi addımlarla qanuna uyğun gəlməyən qərarları Azərbaycan dövlətinə qəbul etdirmək mümkün deyil.
Sherg.az xəbər verir ki, bu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərin azadlığa buraxılması barədə çağırışların çox şahidi olmuşuq. Ancaq hər bir dövlətin hüququdur ki, ölkə ərazisində insanlıq cinayəti törətmiş şəxsləri həbs etsin. Azərbaycan çox böyük humanistlik edərək 2023-cü ildə antiterror tədbirlərindən sonra siahlı qruplaşmanın üzvü olmuş on mindən çox insanın Ermənistana qayıtmasını təmin edib. Hazırda Azərbaycanda məhkum olunmuş və cinayət prosesi davam edən 23 nəfərə gəldikdə isə onlar ağır cinayət törətmiş şəxslərdir",- o qeyd edib.
Nazir vurğulayıb ki, cinayət prosesi davam edən şəxslərlə bağlı heç bir qərar qəbul edilə bilməz:
"Onların azadlığa buraxılması ilə bağlı Azərbaycana qarşı kampaniyaları aparan şəxslər qəbul etməlidirlər ki, bu kimi addımlarla qanuna uyğun gəlməyən qərarları Azərbaycan dövlətinə qəbul etdirmək mümkün deyil".
Baxış sayı:70
Bu xəbər 26 Dekabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















