Nazir: Hərbi təlimlərin Azərbaycanda keçirilməsi bütün TDT üzvlərinin maraqlarına uyğundur
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatı daxilində ümumilikdə, 35-ə yaxın əməkdaşlıq istiqamətləri mövcuddur.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında suallara cavab verərkən deyib.
“TDT kontekstində ən müxtəlif sahələrdə intensiv əməkdaşlıq etmişik və 2025-ci ildə bu əməkdaşlıqda yeni istiqamətlərin şahidi olduq. Mülki müdafiə, fövqəladə hallar sahələri ötən il bu istiqamətlərə əlavə edildi. Yalnız 2025-ci ildə Azərbaycan Türkiyədə 18 ikitərəfli və çoxtərəfli təlimdə iştirak edib. Türkiyə Azərbaycanda 4 hərbi təlimdə iştirak edib. Həmçinin Özbəkistanda da təlimlərdə iştirak etmişik. Düşünürəm ki, təlimlərin Azərbaycanda keçirilməsi bütün TDT üzvlərinin maraqlarına uyğundur və gələcəkdə bu təlimlərə TDT üzvü olmayan ölkələr də qoşula bilər”, - Ceyhun Bayramov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 26 Dekabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















