NAZİR İKİ PROREKTORU İŞDƏN ÇIXARDI Yeni təyinat + FOTO
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru vəzifəsindən azad olunub.
"AzPolitika" Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, ali məktəbin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov işdən çıxarılıb.
Digər əmrlə, dosent Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən təyin olunub. O, universitetin İT Mərkəzinin direktorudur. Hazırda hər iki vəzifəni yerinə yetirir.
Qeyd edək ki, bu il fevralın 4-də dosent Rüfət Əzizov ADNSU-nun rektoru təyin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 06 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















