Nazir istefa verdi
Icma.az bildirir, Modern.az portalına istinadən.
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan vəzifəsində fəaliyyətini davam etdirməyəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 9-da hökumətin iclasından sonra jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
"Mxitar Ayrapetyan özü hökumətin tərkibində fəaliyyətini davam etdirmək istəmirdi", – Paşinyan deyib.
Baş nazir Ermənistan parlamentinin sədri Alen Simonyanın siyasi gələcəyi ilə bağlı sualı da cavablandırıb.
"Alen Simonyanın siyasi taleyi ilə bağlı hər hansı məsələ yoxdur. Söhbət onun gələcəkdə hansı formatda fəaliyyət göstərəcəyindən gedir. Hazırda bunu müzakirə edirik. Qərar qəbul olunarsa, ictimaiyyətə məlumat veriləcək", – Paşinyan bildirib.
Qeyd edək ki, Mxitar Ayrapetyan 2023-cü ildə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri təyin edilmişdi.
Baxış sayı:89
Bu xəbər 09 İyul 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















