Icma.az
close
up
RU
Nazir Məcnun Məmmədov FAOnun Baş Direktoru ilə görüşdü

Nazir Məcnun Məmmədov FAOnun Baş Direktoru ilə görüşdü

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Direktoru Qu Dongyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Unikal" xəbər verir ki, COP29-un Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda baş tutan görüşdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qonaqları salamlayan Nazir Məcnun Məmmədov COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Bildirilib ki, Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanın ən mühüm beynəlxalq tərəfdaşlarından biridir. Azərbaycan FAO ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və bu əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

FAO-nun Baş Direktoru Qu Dongyu öz növbəsində Azərbaycanla təşkilat arasında yüksək səviyyəli əlaqələrin qurulmasından məmnun olduğunu deyib. O qeyd edib ki, qlobal çağırışların təsirləri fonunda Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün daha dayanıqlı aqroərzaq sistemlərinin qurulması və bu istiqamətlərdə qlobal əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. COP29 kimi tədbirlər aqrar sahənin inkişafı istiqamətində prioritetlərin müəyyənləşdirilməsi işinə mühüm töhfə verir. Qu Donqyu aqrar sahənin dayanıqlı inkişafı, səmərəli və peşəkar mütəxəssis bazasının formalaşdırılmasına yönəlmiş layihələrin bundan
sonra da dəstəklənəcəyini vurğulayıb.

Tərəflər FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsininəhəmiyyətinə toxunub, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Sonda qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda COP29 çərçivəsində “Qida və Kənd Təsərrüfatı üçün Davamlı Transformasiya" (FAST) təşəbbüsünə daxil edilmiş “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” ilə bağlı əməkdaşlığın gücləndirilməsinə dair Niyyət Bəyannaməsi imzalanıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Noyabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri