Icma.az
close
up
RU
Nazir Məcnun Məmmədov Üzümçülük və Şərabçılıq, Baytarlıq elmi tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub AZƏRTAC

Nazir Məcnun Məmmədov Üzümçülük və Şərabçılıq, Baytarlıq elmi tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 16 yanvar, AZƏRTAC

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna baş çəkib, institutun fəaliyyəti ilə maraqlanıb, əməkdaşlarla görüşüb.

AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə institutun strukturu, fəaliyyət istiqamətləri, həyata keçirilən elmi-tədqiqat proqramları, kadr potensialı, mövcud təsərrüfat sahələri, təcrübə stansiyaları, ting istehsalı, yüksək məhsuldar üzüm əkin materiallarının çoxaldılması, elmi-tədqiqat işlərinin icra vəziyyəti, institutların maddi-texniki bazasının təkmilləşdirilməsi, laboratoriyaların fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, tədqiqatların nəticələrinin təcrübədə tətbiqi məsələləri müzakirə olunub.

Hazırda üzümçülük və şərabçılığın Azərbaycan iqtisadiyyatında prioritet bir sahə olması, üzümçülüyün təşkili, istehsal olunan məhsulların istehlak bazarına çıxarılması, ixrac olunan rəqabət qabiliyyətli üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün yeni texnika və müasir texnologiyanın tətbiq edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nazir Məcnun Məmmədov institutda fəaliyyət göstərən mikroşərabçılıq, Calaq Mərkəzi, şərab zirzəmisi, tinglik əkin materialları, “Qarabağ guşəsi”, akkreditasiyadan keçmiş, tam təchizatla fəaliyyət göstərmək imkanları olan fiziki-kimyəvi analizlər və genetika laboratoriyası, onların iş prinsipi və tətbiq olunan yeni üsullarla tanış olub, öz tövsiyələrini verib.

Qeyd edilib ki, institutda aparılan tədqiqatlar, mövzu seçimləri aqrar sahədə dünyada mövcud olan trendlərə uyğun olmalı, institut öz elmi fəaliyyətlərini günün tələblərinə uyğun qurmalı, elmi müəssisələrlə özəl sektor arasında əməkdaşlıq genişləndirilməlidir. Nazir Məcnun Məmmədov Qarabağın nadir və yerli üzüm sortlarının çoxaldılması istiqamətində icra olunan layihələr, sortların molekulyar genetik təmizliyinin araşdırılması və OİV deskriptorları üzrə göstəricilərinin müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlarla tanış olub. Görüş zamanı əməkdaşların təklifləri dinlənib, tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.

Daha sonra nazir Məcnun Məmmədov Baytarlıq Elmi Tədqiqat İnstitutunun (BETİ) inzibati binası, şöbələri, laboratoriyaları və baytarlıq klinikasının fəaliyyəti ilə yaxından tanış olub, BETİ-nin nəzdində fəaliyyət göstərən 2-ci səviyyəli biotəhlükəsizlik laboratoriyasında institut əməkdaşları tərəfindən hazırlanmış baytarlıq preparatları və diaqnostikumlarının istehsalı prosesini izləyib. Görüş zamanı nazir institutun elmi fəaliyyəti ilə, icra olunan mövzularla maraqlanıb, əməkdaşlarla görüşüb. Görüşdə institutun elmi-tədqiqat istiqamətləri, elmi-tədqiqat işlərin icra vəziyyəti, institutun maddi-texniki bazasının təkmilləşdirilməsi, laboratoriya və şöbələrin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, tədqiqatların nəticələrinin özəl fərdi heyvandarlıq təsərrüfatlarında tətbiqi məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə qeyri-neft sektoruna göstərdiyi yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub: “Müasir dövrdə aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi və elmi-texniki tərəqqinin aqrar sahəyə tətbiqi ən mühüm prioritetlərdən sayılır. Elmi potensialdan, müasir yanaşmalardan səmərəli istifadə olunması effektiv nəticələrin əldə edilməsi, ölkədə elmi əsaslı innovativ təsərrüfatların yaradılması prosesini daha da sürətləndirir”.

Daha sonra nazir əməkdaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Əməkdaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün qeydiyyata alınıb, nəzarətə götürülüb.

Qeyd olunub ki, institutda aparılan elmi tədqiqat işləri, mövzular respublikamızda heyvandarlığı narahat edən xəstəliklərə uyğun olmalı, institut öz elmi fəaliyyətlərini günün tələblərinə uyğun qurmalı, elmi müəssisələrlə özəl sektor arasında əməkdaşlıq genişləndirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see233

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see149

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see140

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see128

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri