Icma.az
close
up
RU
Nazir məktəb direktorları ilə təhsil sahəsində islahatları müzakirə edib

Nazir məktəb direktorları ilə təhsil sahəsində islahatları müzakirə edib

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən daha bir qrup ümumi təhsil müəssisəsinin direktoru ilə görüş keçirib, ümumi təhsil sahəsindəki islahatların əsas istiqamətləri müzakirə edilib.

"Report" xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, eləcə də Sabunçu rayonunun məktəb direktorları iştirak ediblər.

Emin Əmrullayev 2024-cü ildə qazanılmış uğurlar və perspektiv məsələlər haqqında söhbət açıb.

Nazir bildirib ki, ümumi təhsildə keyfiyyətin yüksəldilməsinə yönəlmiş kompleks tədbirlər hər zaman aktualdır. Çünki təhsil sahəsindəki qlobal rəqabət daha çevik addımları və yeniliklərin tətbiqini zəruri edir.

Ümumi təhsil müəssisələrinin səmərəli fəaliyyətini genişləndirmək üçün əsas hədəfləri sadalayan Emin Əmrullayev bu prosesdə yenilikçi və yaradıcı məktəb idarəetməsini prioritetlərdən biri kimi vurğulayıb. Nazir məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrin icra vəziyyətini və təhsildə keyfiyyətin artırılmasına xidmət edən fəaliyyətləri təhlil edib, bu baxımdan diqqət yetirilməsi vacib olan məqamların üzərində xüsusi dayanıb.

Nazir görüşdə ümumi təhsilin qarşısında duran müasir çağırışlar, vətəndaş məmnunluğunun artırılması, məktəb-icma əməkdaşlığının inkişafı, təhsilverənlərin sertifikatlaşdırılması prosesi, təhsil müəssisələrində psixoloji xidmətlərin gücləndirilməsi və inklüziv təhsilin təşviqi məsələlərinə də diqqət çəkib.

Təhsil sahəsində vətəndaşlara göstərilən elektron xidmətlərdən daha effektiv istifadənin əhəmiyyətinə toxunan Emin Əmrullayev bu sahədə mövcud olan real imkanların şəffaflığı artırdığını vurğulayıb.

Məktəblərdə öyrənmə mühitinin təkmilləşdirilməsi və yaradıcı yanaşma üçün yaradılan şəraitdən söz açan Emin Əmrullayev, həmçinin idarəetmənin modernləşdirilməsi istiqamətində davam edən fəaliyyətlərin əhəmiyyətini nəzərə çatdırıb.

Görüş zamanı məktəb və müəllim nüfuzu, təhsil müəssisələrindəki qabaqcıl təcrübələrin genişləndirilməsi ətrafında müzakirələr aparılıb. Məktəblərdə baş verə biləcək neqativ halların qarşısının alınması istiqamətində təkliflər irəli sürülüb və bu sahədəki problemlərin həlli yolları müzakirə olunub.

Nazir sağlam mənəvi-psixoloji mühitin qorunması, qarşılıqlı etimada əsaslanan münasibətlərin möhkəmləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və bunlarla bağlı müvafiq tövsiyələrini verib.

Görüş çərçivəsində məktəb direktorları qarşılaşdıqları problemlər və digər müvafiq mövzular barədə söz açıb, qeyd olunan məsələlərin həlli yolları müzakirə edilib.

Daha sonra təhsil müəssisələrinin rəhbərlərinin sualları cavablandırılıb, təklifləri dinlənilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Qeyd edək ki, paytaxtın məktəb direktorları ilə görüşlər davam etdiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Dekabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri