Nazir: Məktəblərdə 12 illik təhsilə keçidlə bağlı məsələ gündəmdə deyil
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda məktəblərdə 12 illik təhsilə keçidlə bağlı məsələ gündəmdə deyil.
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ aktual deyil:
"Gündəmdə məktəblərdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Yaxın zamanlarda belə bir şey nəzərdə tutulmur".
Nazir həmçinin bildirib ki, bəzi ixtisaslarda bakalavriat müddətinin üç il olması mümkündür:
"Əgər mütəxəssislər də bu barədə müsbət rəy verərsə, tətbiq oluna bilər. Məsələn, turizimin təşkili ixtisasını bəlkə də üç il oxumaq olar. Amma hüquq kimi ixtisası da düşünmək lazımdır. Fikrimcə, mühəndis hazırlamaq kifayət qədər çətindir. Burada məzunun yaşı da nəzərə alınmalıdır. İxtisasın formalaşması hansısa məmurun rəyi əsasında deyil, əmək bazarında mütəxəssisin rəyi ilə əsaslandırılmalıdır. Biz Bolonya sisteminə keçiddə ixtisasları eyni qəlibə yığmağa çalışmışıq. İndi də bəzi ixtisaslar 5, bəzisi isə 4 ildir. Bunun ən yaxşı nümunəsi peşə təhsilidir. Biz qoşulduğumuz beynəlxalq sənədləri də nəzərə almalıyıq. Ümumilikdə, bütün ixtisasları üç ill etmək müzakirə predmeti deyil". (report)
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib
08 Avqust 2025 10:37
Nazir 12 illik təhsilə keçid məsələsinə aydınlıq gətirdi
14 Sentyabr 2026 16:53
Nazir: Məktəblərdə rüşvətlə bağlı bütün müraciətlər araşdırılır
12 Dekabr 2024 11:59
Məktəblərdə rüşvətlə bağlı bütün müraciət araşdırılır NAZİR
12 Dekabr 2024 11:38
12 illik təhsilə keçidlə təhsil proqramlarında yüklənmə azalacaq, dərslərin keyfiyyəti artacaq ARAŞDIRMA
22 Aprel 2025 14:41
Baxış sayı:125
Bu xəbər 14 Sentyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları