Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

12 illik təhsilə keçidlə təhsil proqramlarında yüklənmə azalacaq, dərslərin keyfiyyəti artacaq ARAŞDIRMA

12 illik təhsilə keçidlə təhsil proqramlarında yüklənmə azalacaq, dərslərin keyfiyyəti artacaq ARAŞDIRMA

Icma.az bildirir, Apa.az portalına istinadən.

2013-cü ildə qəbul olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda 12 illik təhsilə keçid məsələsi gündəmə gətirilsə də, bu hələ reallaşmayıb.

Azərbaycanda bəzi özəl təhsil müəssisələrində beynəlxalq proqramlar, o cümlədən International Baccalaureate (IB) və Cambridge təhsil sistemləri tətbiq olunur. IB sistemi 3-19 yaş arası şagirdlər üçün nəzərdə tutulmuş 4 əsas mərhələdən ibarətdir. Bu proqramlar çevik təhsil modelləri ilə seçilir və şagirdin fərdi ehtiyaclarını, cəmiyyətin tələblərini nəzərə alır. Bu sistemlərin uğurlu tətbiqi, onların milli kurikulumlara uyğunlaşdırılmasının mümkünlüyünü sübut edir.

12 illik təhsil sisteminin hansı üstünlükləri var?

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Mehriban Vəliyeva məsələ ilə bağlı APA-ya bildirib ki, bir çox ölkələrdə icbari təhsil müddəti yaşa əsaslanır və ən azı 16 yaşa qədər davam edir: “Azərbaycanda 6 yaşında məktəbə başlayan uşaqlar 15 yaşında icbari təhsili başa vururlar ki, bu da bəzi hallarda erkən hesab edilə bilər. Dünyanın əksər inkişaf etmiş ölkələrində icbari təhsil 12 il və daha uzun müddət davam edir. Bəzi ölkələrdə bu müddət 13 və ya 14 il də ola bilər. Burada əsas meyar məktəb illəri deyil, uşağın yaş səviyyəsidir. UNESCO-nun Statistika İnstitutunun məlumatlarına əsasən, icbari təhsil əksər ölkələrdə ən azı 16 yaşa qədər davam edir. Bundan əlavə, təhsilin məzmununda variativlik və diferensiallaşma prinsipləri də uşağın yaş səviyyəsinə uyğunlaşdırılır”.

Mehriban Vəliyeva deyir ki, 12 illik təhsil sistemi daha yetkin yaşda məzunlar yetişdirməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını da asanlaşdırır: “12 illik təhsilə keçid Azərbaycanda təhsil sisteminin inkişafı baxımından zəruri addımlardan biridir. Lakin bu keçid yalnız təhsil strukturunun dəyişməsi ilə məhdudlaşmamalı, onun məzmun və metodologiya baxımından da yenilənməsi təmin edilməlidir. Bu istiqamətdə atılacaq addımlar dərin təhlil, sistemli araşdırmalar və mütəxəssis rəylərinə əsaslanmalıdır. Dövlət strategiyası, beynəlxalq təcrübə və cəmiyyətin ehtiyacları nəzərə alınaraq, mərhələli və davamlı şəkildə bu keçid həyata keçirilməlidir. 12 illiyə keçid etmək üçün bütün təhsil pillələri və səviyyələri nəzərə alınmalıdır. Göründüyü kimi, bu sahədə dəyişikliklərə ehtiyac olduğu açıqdır. 12 illik təhsilə keçid, icbari təhsilin 16 yaşa qədər uzadılması və bununla əlaqəli sistemli dəyişikliklər geniş müzakirə və təhlil tələb edir”.

Mehriban Vəliyevanın sözlərinə görə, hazırkı 11 illik təhsil sistemi - 4+5+2 - uşaqların 15 yaşında icbari təhsili başa vurması ilə nəticələnir: “Bu yaşda şagirdlər nə əmək bazarına, nə də tam formalaşmış bir şəxsiyyət kimi cəmiyyətə daxil olmağa tam hazır olurlar. Beynəlxalq təcrübədə icbari təhsilin 16 yaşa qədər davam etməsi praktikası geniş yayılıb. Bu səbəbdən, 12 illik sistemə keçid Azərbaycanda da təhsilin keyfiyyətini və səmərəliliyini artırmaq baxımından real və aktual ehtiyac kimi ortaya çıxır.

Təhsil eksperti, pedaqoq Nüşabə Xəlilova qeyd edib ki, 12 illik təhsil modeli uşaqların psixoloji və intellektual inkişafına daha çox zaman ayırmağa, fənlərin mərhələli şəkildə öyrədilməsinə və peşə yönümünün erkən formalaşmasına imkan yaradır:

Azərbaycanda məktəbəhazırlıq qrupları uşaqların məktəb mühitinə adaptasiyası üçün mühüm mərhələ təşkil edir. Lakin bu mərhələnin daha effektiv və sistemli şəkildə tətbiqi üçün 12 illik ümumi təhsil modelinə keçid daha məqsədəuyğun görünür. Hazırda məktəbəhazırlıq mərhələsini keçmiş uşaqlar formal olaraq 12 il təhsil alsalar da, bu model rəsmi olaraq 12 illik təhsil sistemi kimi qəbul edilmir. Məsələn, 2016-cı ildə məktəbəhazırlıq qrupuna başlayan bir uşaq 2028-ci ildə 11-ci sinfi bitirir. Bu isə göstərir ki, faktiki olaraq bir il əlavə təhsil alsa da, bu struktur sistemli 12 illik modelə uyğun deyil. Eyni zamanda, beynəlxalq standartlara uyğunlaşmanı və qlobal rəqabətə hazırlığı gücləndirir”.

Bir il gecikmə təhsil və iş həyatına keçidi az da olsa, ləngidə bilər

Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov 12 illik təhsilə keçidi psixoloji aspektdən şərh edib:

“Orta məktəbi 17 və ya 18 yaşda bitirmək arasında əsas fərq şəxsi yetkinlik, təhsil hazırlığı və psixososial inkişafla bağlıdır. Hər iki yaş qanuni baxımdan eyni nəticəni tam orta təhsil sənədini təmin etsə də, fərdi hazırlıq səviyyəsi baxımından nüanslar var.

Məktəbi 17 yaşda bitirmək gəncə daha erkən universitetə daxil olmaq, karyeraya başlama və vaxt qazancı kimi üstünlüklər verir. Bu yaşda motivasiya yüksək olur, enerjili qərarlar daha tez verilir. Lakin emosional və sosial baxımdan bəzi yetkinlik çatışmazlıqları, psixoloji təzyiqə həssaslıq və qərarvermə çətinliyi müşahidə oluna bilər. Məktəbi 18 yaşda bitirmək isə daha formalaşmış şəxsiyyət, möhkəm bilik bazası və daha düşünülmüş seçimlər üçün imkan yaradır. Gənc bu yaşda ali təhsil və karyera planlamasına daha realist və məqsədyönlü yanaşır. Bununla belə, bir il gecikmə təhsil və iş həyatına keçidi az da olsa, ləngidə bilər.

Məktəbi 17 yaşda bitirmək çevik və erkən inkişaf etmiş şagirdlər üçün uyğundur. 18 yaşda bitirmək isə daha çox dəstəyə və zamanla yetişməyə ehtiyacı olanlar üçün balanslı seçimdir. Optimal yaş diapazonu əksər ölkələrdə 17–18 yaş sayılır. Bu, həm psixoloji inkişaf, həm də beynəlxalq təhsil uyğunluğu baxımından balanslıdır. Erkən bitirmək potensialı olanlar üçün seçim imkanı yaradılmalıdır, lakin hər kəsə eyni model tətbiq edilməməlidir. Ən doğru yanaşma şəxsin psixoloji və akademik hazırlığına uyğun fərdiləşdirilmiş qərar verməkdir”.

12 illik təhsil olarsa, orta məktəb məzunlarına verilən təhsil sənədlərinin xarici orta məktəblərin təhsil sənədlərinə uyğunluğu yarana bilər

Təhsil eksperti Rizvan Fikrətoğlu mövzu ilə bağlı sualımıza cavab olaraq qeyd edib ki, bu sistem şagirdlərin biliklər qazanmasında, təfəkkürünün formalaşmasında əhəmiyyətli bir modeldir:

“12 illik təhsilə keçidin üstünlükləri çoxdur. Məsələn, 12 illik təhsil olarsa, orta məktəb məzunlarına verilən təhsil sənədlərinin xarici orta məktəblərin təhsil sənədlərinə uyğunluğu yarana bilər. Burada fərqli yanaşmalar da mümkündür. Hazırda ölkəmizin 11 illik ümumi təhsilində 4+5+2 modeli tətbiq edilir. Yəni 4 il ibtidai, 5 il ümumiorta və 2 il tam orta təhsil mövcuddur. 12 illik ümumi təhsilin 4+6+2 şəklində modelləşdirilməsi məqsədəuyğun hesab edənlər də var. Ölkəmizdə bağça təhsilindən sonra məktəbə hazırlıq qrupları da mövcuddur. Bu, əsasən məktəblərdə həyata keçirilir. Bu baxımdan məktəbəhazırlığı da ibtidai sinfə əlavə etsək, 5+5+2, eləcə də, 5+4+3 pillələri də məqsədəuyğun olar. Şagirdlər köhnə qaydada, yenə də 17 yaşda məktəbi bitirmiş olurlar”.

Təhsil eksperti eyni zamanda, qeyd edib ki, 12 illik təhsilə keçid zamanı hərbi xidmət yaşının da 1 il artırılmasına ehtiyac yarana bilər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1.1. maddəsinə əsasən, ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək təhsil möhlət verilir: “Yəni orta təhsil alanlar 20 yaşınadək təhsillərini başa vurmalıdırlar. Bu səbəbdən də 12 illik təhsilə keçid olduğu halda belə müddətli həqiqi hərbi xidmətə çağırış yaşının artırılması müzakirə mövzusu deyil”.

12 illik təhsillə bağlı dünya praktikası necədir?

Təhsil eksperti Vaqif Fətullayev deyir ki, hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində 12 illik təhsil sistemi tətbiq olunur və bu sistem beynəlxalq səviyyədə orta təhsil üçün qəbul edilən minimum standart kimi tanınır: “Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, 12 illik təhsil sistemi beynəlxalq səviyyədə qəbul olunan bir modeldir və uğurla tətbiq olunur. Məsələn, ABŞ və Kanadada bu sistem uzun illərdir tətbiq olunur və bu sistemdən məzun olanlar həm yerli, həm də xarici universitetlərə qəbul zamanı yetkin və hazır sayılırlar. Bundan başqa Almaniyada akademik və peşəkar istiqamətlər üzrə fərqləndirilmiş yanaşma ilə əksər şagirdlər 12 illik təhsildən faydalanır və bu, onların gələcək ixtisaslaşmasına imkan yaradır. Fransada isə 10–12-ci sinifləri əhatə edən "lyseé" (lisey) mərhələsi tələbələrin ali və ya peşə təhsilinə hazırlığını təmin edir.

Asiya ölkələrinin təcrübəsinə nəzər salsaq, Cənubi Koreya və Yaponiyada 12 illik məcburi təhsil modeli 6+3+3 formasında qurulub və bu sistem təhsil keyfiyyətinin artmasına səbəb olub. Türkiyədə isə 2012-ci ildən tətbiq olunan 4+4+4 modeli ilə 12 illik təhsil məcburi xarakter daşıyır və məqsəd pilləli, çevik və fərdiləşdirilmiş təhsil imkanlarının genişləndirilməsi olub. Bu nümunələr özlüyündə göstərir ki, təhsil müddətinin artırılması sistemli yanaşma ilə şagirdlərin bilik və bacarıqlarının inkişafına ciddi töhfə verə bilər. Onu da qeyd edim ki, 12 illik orta təhsilin başa vurulması bir çox ölkədə bakalavriat mərhələsinə qəbul üçün ilkin şərtdir. Məsələn, Avropa İttifaqı ölkələri və ABŞ-ın universitetlərinə qəbul zamanı 12 illik təhsili olmayan ölkələrin məzunları əlavə hazırlıq proqramları - foundation programs keçməli olurlar”.

Nüşabə Xəlilova bildirir ki, özəl məktəblərdə tətbiq olunan bu model müsbət nəticələr verir:

“Şagirdlərin analitik bacarıqları artır, qəbul göstəriciləri yüksəlir, beynəlxalq proqramlara uyğunlaşma asanlaşır. Lakin bu imkanlar əsasən maddi imkanı olan ailələr üçün əlçatandır.

Avropa ölkələrinin təcrübəsi, xüsusilə Finlandiya, Almaniya və Fransa nümunələri göstərir ki, 12 illik təhsil modeli daha çevik, mərhələli və şagirdyönümlüdür. Bu ölkələrdə uğurun əsas açarlarından biri keyfiyyətli müəllim hazırlığı və təhsil proqramlarının elastikliyidir”.

Bəs 12 illik təhsilin mənfi cəhətləri nələr ola bilər?

Maddi və texniki çətinliklər, büdcəyə əlavə yük, müəllim çatışmazlığı

Mehriban Vəliyeva vurğulayıb ki, əlavə tədris ili üçün yeni siniflər, dərs resursları, müəllimlər və infrastruktur tələb olunur. Eyni zamanda, büdcəyə əlavə yük düşür və müəllim çatışmazlığı amilini də unutmaq olmaz. Belə ki, artıq siniflər və fənlər üçün daha çox ixtisaslı müəllimə ehtiyac yaranır. Qısa müddətdə bu ehtiyacı qarşılamaq çətin ola bilər: “Valideynlər üçün əlavə maddi yük - uşağın bir il artıq məktəbdə qalması müəyyən xərclərin - geyim, dərslik, nəqliyyat və s.-ın artmasına səbəb olur. Ali təhsil müəssisələrinə qəbul yaşının gecikməsi faktoru da var. Yəni, şagirdlər universitetə 17 deyil, 18 yaşında qəbul olunurlar. Bu da bəzən ailələr və gənclər tərəfindən vaxt itkisi kimi qəbul edilir”.

12 illik təhsillə bağlı Təhsil İnstitutu tədqiqat aparsa da, tədqiqatın nəticələrini bizimlə bölüşmədilər. Təhsil İnstitutundan apardıqları tədqiqatın ictimaiyyət üçün açıq olmadığını bildirdilər...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see289

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see225

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see224

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see207

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see139

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri