Icma.az
close
up
RU
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...”

“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin 800 minlik yeyintidə ittiham olunan sabiq rəisi Mehdi Əmrahovun məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas təqsirləndirilən şəxsin ifadəsi ilə başlayıb.

Əmrahov əvvəlki prosesdə olduğu kimi verilmiş ittihamla razılaşmadığını təkrarlayıb, özünü sadəcə düzgün idarəçilik etməməkdə günahlandırıb. 20 il idarə rəisi işləmiş müttəhim deyir ki, tabeliyində 54 nəfər işçi olub. Amma işlədikləri binada təmir getdiyi üçün 2 il əməkdaşlar onlayn qaydada evdən çalışıblar. İttihamda göstərilən cinayət hadisəsi də həmin dövrə aiddir: “Mən insan təlafatının qarşısını almaq üçün bu addımı atmışdım. Çünki binanın üzü tam sökülmüşdü. Kiminsə başına daş düşə bilərdi, ağır hadisələr olardı. Düzdür, əməkdaşların onlayn işə keçməsi üçün nazirin qərarı yox idi. Buna baxmayaraq, müşavir Rüfət Hacıəlibəyov (ötən ay səhiyyə nazirinin müavini təyin edilib-red) məsələdən xəbərdar idi, demişdi narahat olmayın, nazirlə danışacağam”.

Təqsirləndirilən şəxsin son cümləsi prokuror Valeh Ələkbərovda sual yaradıb. Prokuror Rüfət Hacıəlibəyovun əməkdaşların onlayn işləməyinə icazə verməsini iş materiallarında yazılanlarla ziddiyyət təşkil etdiyini deyib. O, “Rüfət Hacıəlibəyov icazə vermişdisə, bəs niyə sonradan sizi elə o yoxlayıb?!”, - deyə ritorik sual verib.

Fotoda: Rüfət Hacıəlibəyov

Prokuroru maraqlandıran əsas məsələ isə Əmrahovun özünü təqsirli bilmədiyi halda vurulmuş ziyandan niyə 30 min manat ödəməsidir? Təqsirləndirilən şəxs bunun səbəbini ancaq həbs edilmək istəməməsi ilə əlaqələndirib: “Müstəntiq dedi ki, ödəmirsə konvoyu çağırın, getsin içəri… Buna görə məcbur qalıb ödəniş elədim, yoxsa mən dəliyəm, pul verim?”

Əmrahov əsasən işə gəlməyən şəxslərin adına yazılan əmək haqlarının ələ keçirilməsinə görə mühakimə edilir. İstintaq materiallarında yazılıb ki, işçilərdən çoxunun pulunu Kadrlar şöbəsinin əməkdaşı Yeganə Eyvazova evinin yanındakı bankomatdan çıxararaq ona çatdırıb. Yeganə özü də bu gün şahid qismində ifadə verib, deyilənləri təsdiqləyib. Xanım şahid sadəcə işini itirməmək üçün bu addımı atdığını etiraf edib. Digər şahidlər dindirilmədiyi üçün Yeganənin ifadəsinin davamını təqdim etmirik. 

Bu iş üzrə adı keçən şəxslərdən biri də Əmrahovun rəhbərlik etdiyi idarənin mühasibatlığında çalışan Arifdir. Arif tenderlərdə qalib gələn şirkətlərdən köçürülən pulları idarə rəisinə çatdırıb. İstintaq materiallarında yazılanlardan görünən odur ki, o, şirkətdə mühüm rol oynayıb. Amma müttəhim bununla da razılaşmayıb, Arifin sadəcə baş mühasibə tender işlərində kömək etdiyini deyib. Onun sözlərinə görə, baş mühasibin tender işlərindən başı çıxmırmış.

Fotoda: Valeh Ələkbərov

Əmrahovun bu sözü həm hakimləri, həm də ittiham tərəfini təəcübləndirib: “Necə yəni mühasib tenderi bilmirdi, elə şey olar? Mühasibin elə ən yaxşı bildiyi iş tenderlə bağlıdır”.

Bu günə qədər daha rahat və ittihamı təbii qarşılayan təqsirləndirilən şəxs prosesin sonunda özündən çıxıb. O, cinayət məsuliyyətinə cəlb edilməsinə şərait yaradanların olduğuna işarə edərək lazım gəlsə, hər şeyi danışacağını deyib: “Bakı şəhərindəki bütün təcili yardım avtomobilləri dəyişdi. Bunun təşəbbüskarı mənəm. Bundan əlavə, onkoloji xəstəliklər və şəkərli diabet xəstəlikləri ilə bağlı layihənin rəhbəri də mən olmuşam. Səhiyyə naziri Teymur Musayev həmin layihələrə görə mənə təşəkkür edib. Bunlar niyə deyilmir? İndi qatil, cani olmuşam. Bilin ki, bu gün Səhiyyə Nazirliyi ayaqdadırsa, nə isə…”.

Bundan sonra proses başa çatıb. Hakimlər məzuniyyətə getdiyindən növbəti iclas sentyabrın 21-i olacaq.

Qeyd edək ki, M.Əmrahov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, ibtidai istintaq boyu azadlıqda olub. Lakin ilk məhkəmə iclasında dövlətə dəymiş ziyanın hələ də ödənilmədiyi müəyyən edildikdən sonra hakim öz təşəbbüsü ilə onun həbs edilməsinə qərar verib.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Avqust 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri