Nazir minifutbol komandası ilə görüşüb
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ədliyyə naziri Fərid Əhmədov Dubayda keçirilən II Dünya Korporativ Oyunlarının minifutbol yarışlarında qalib gəlmiş Ədliyyə Nazirliyinin komandası ilə görüşüb.
Newscenter.az xəbər verir ki, nazir qalib komandanın üzvlərini əldə etdikləri yüksək nailiyyət münasibətilə təbrik edərək onların qələbəsinin ölkəmizin və Nazirliyin idman uğurlarına layiqli töhfə olduğunu bildirib. O, Nazirlik əməkdaşlarının həm peşə fəaliyyətində, həm də idman sahəsində uğurlar qazanmasının sevindirici hal olduğunu vurğulayıb.
Sonda yarışda qalib gələn Ədliyyə Nazirliyinin komandası üzvləri Nazirlik tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında keçirilən II Dünya Korporativ Oyunlarının minifutbol yarışlarında Ədliyyə Nazirliyinin komandası finalda 1:0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb
21 May 2025 13:02
Fərid Əhmədov minifutbol yarışlarında qalib gələn Ədliyyə Nazirliyinin komandası ilə görüşüb
27 Oktyabr 2025 19:06
Nazir Colani ilə görüşüb
23 Dekabr 2024 14:59
Nazir məktəb direktorları ilə görüşüb
23 Dekabr 2024 12:21
Baxış sayı:29
Bu xəbər 27 Oktyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















