Nazir müavini: 14 siyasi partiyadan 8 nə dövlət maliyyə yardımı ayrılmayacaq”
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
“Maliyyə hesabatı təqdim etmədiyi üçün Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan 14 siyasi partiyadan 8-nə dövlət maliyyə yardımı ayrılmayacaq”.
Nunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib.
Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq parlament seçkilərində iştirak edərək parlamentdə təmsil olunan partiyalarla yanaşı, seçkilərə qatılıb etibarlı səslər qazanmış, amma parlamentdə təmsil olunmayan partiyalara da maliyyə yardımı ayrılması nəzərdə tutulub:
“Lakin parlamentdə təmsil olunmayan 14 siyasi partiyadan 8-i maliyyə hesabatını təqdim etmədiyi üçün həmin partiyalara maliyyə vəsaiti təqdim olunması mümkün deyil, qalan 6 partiyaya isə maliyyə yardımı ayrılacaq”.
“Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiyaya dövlət maliyyə yardımının 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünür.
Xatırladaq ki, 2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat, 2025-ci ildə 6 milyon vəsait ayrılıb.
Bu vəsaitin müvafiq olaraq 125 min manatı və 130 min manatı Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünəcək. Lent.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 26 Fevral 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















