Nazir muavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 28 oktyabr, AZƏRTAC
Əzbərçiliklə yetişən gənclər müasir dövrün tələblərinə cavab verməkdə çətinlik çəkəcəklər.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyada deyib. O bildirib ki, müəyyən testləri əzbərləməklə ali məktəbə qəbul olmaq, bakalavr və magistratura təhsili almaq, diplom əldə etmək mümkündür. Lakin əsas məsələ insanların dəyişən şəraitə uyğunlaşmaq, ünsiyyət qurmaq, tənqidi və yaradıcı düşünmək bacarıqlarına nə dərəcədə yiyələnməsidir.
Onun sözlərinə görə, texnologiyaların sürətli inkişafı təhsil sisteminin qarşısında yeni vəzifələr qoyur: “Gənclər müasir texnologiyalardan istifadə etməyi, dəyişikliklərə uyğunlaşmağı və effektiv ünsiyyət qurmağı bacarmalıdırlar. Onlarda tənqidi və yaradıcı təfəkkür formalaşdırılmalıdır. Xüsusilə yaradıcı düşünmə müasir dövrdə ən vacib bacarıqlardan biri hesab olunur. Bu gün dördüncü texnoloji inqilabdan danışırıq. Qarşıda beşinci və altıncı texnoloji inqilablar da ola bilər. Gələcəkdə hansı bacarıqlara ehtiyac duyulacağını dəqiq bilmirik. Lakin təhsil sistemi gəncləri həmin dəyişikliklərə hazırlamalıdır”.
Müxbirlər - Nərmin Muradzadə, Tünzalə Zeyvəliyeva
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Şövqi Əzizov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 28 Oktyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















