Icma.az
close
up
RU
Nazir müavini: Azərbaycan təbii qaz ixracı ilə bağlı öhdəliklərini dəqiqliklə yerinə yetirir

Nazir müavini: Azərbaycan təbii qaz ixracı ilə bağlı öhdəliklərini dəqiqliklə yerinə yetirir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

Dünyada baş verən son hadisələr onu göstərir ki dövlətlərin enerji təhlükəsizliyinin təmin olunması əhəmiyyətli xarakter daşıyır. Təbii qaz enerji və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Kamal Abbasov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Qaz Bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur” panel iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan təbii qaz ixracı üçün yeni infrastruktur yaradıb və müqavilələrdə müəyyən olunan öhdəliklərini dəqiqliklə yerinə yetirir.

“Azərbaycan karbon emissiyasını azaltmaq istiqamətində addımlar ataraq təbii qaz hasilatını artırır və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyində iştirak edir. Eyni zamanda, həmin dövlətlərdə karbon emissiyasının azalmasına dəstək verir. Təbii qaz sənayedə, kənd təsərrüfatında, ümumilikdə iqtisadi inkişafda mühüm amildir. Bununla yanaşı Azərbaycan külək və günəş enerjisi istehsalında da irəliyə doğru böyük addımlar atır. Azərbaycanda təbii qaz istehsalının artırılması üçün böyük imkanlar var. Bu potensial Avropanın daha çox ölkəsinə qaz ixracına imkan verir. Azərbaycan Qazaxıstan və Türkmənistan qazını da Avropa bazarlarına çıxarmaq üçün tranzit imkanlara malikdir”, - deyə K. Abbasov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri