Icma.az
close
up
RU
Nazir müavini: Beynəlxalq təhsilə çıxış gənclərin həm yerli, həm də xarici əmək bazarında rəqabət qabiliyyətini artırır AZƏRTAC

Nazir müavini: Beynəlxalq təhsilə çıxış gənclərin həm yerli, həm də xarici əmək bazarında rəqabət qabiliyyətini artırır AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycanın iqtisadi və sosial inkişafı üçün zəruri olan ixtisaslı kadrların hazırlanması ali təhsil müəssisələrinin əsas hədəflərindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.

Nazir müavini bildirib ki, keyfiyyətli insan kapitalı yerli və qlobal əmək bazarında Azərbaycanın mövqeyini gücləndirir: “Bu, ölkənin iqtisadiyyatının innovasiyalara əsaslanan modellərə keçidini dəstəkləyir. Təhsil sahəsində sosial bərabərliyin təmin olunması müxtəlif təbəqələrdən olan gənclərin yüksək keyfiyyətli təhsilə çıxışını mümkün edir. Beynəlxalq təhsilə çıxış gənclər üçün həm yerli, həm də xarici əmək bazarında rəqabət qabiliyyətini artırır”.

Yalçın Rəfiyev qeyd edib ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təşəbbüslər, o cümlədən müasir infrastruktur layihələri, beynəlxalq əməkdaşlıqların təşviqi və tədqiqat sahələrinin gücləndirilməsi təhsilin inkişafında mühüm rol oynayır: “Xarici universitetlərlə birgə proqramlar və təcrübə mübadilələri Azərbaycanda ali təhsilin keyfiyyətini artırmaq üçün effektiv vasitələrdir. Bəzi inkişaf etməkdə olan ölkələrdə məhdud infrastruktur və resurslar təhsil sisteminin səmərəliliyini aşağı sala bilər. İnfrastrukturun gücləndirilməsi, rəqəmsal texnologiyaların təhsil prosesinə inteqrasiyası və regionlar üçün xüsusi proqramların hazırlanması vacibdir.

Azərbaycanın təhsil siyasəti insan kapitalının formalaşdırılması, təhsilin beynəlxalq səviyyəyə yüksəlməsi və sosial bərabərliyin təmin olunması kimi strateji hədəflərə yönəlib. Bu istiqamətdə görülən işlər uzunmüddətli perspektivdə ölkənin təhsil sistemini daha güclü, beynəlxalq standartlara uyğun və rəqabətədavamlı hala gətirəcək. Bu, həm ölkə iqtisadiyyatı, həm də gənc nəslin gələcək perspektivləri üçün mühüm əhəmiyyət kəsb edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see122

Premyer Liqa: “Araz Naxçıvan” “Kəpəz”i məğlub etdi

09 Dekabr 2025 19:20see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri