Icma.az
close
up
RU
Nazir müavini “Brutto müqavilə” modelindən gözləntiləri açıqlayıb

Nazir müavini “Brutto müqavilə” modelindən gözləntiləri açıqlayıb

Icma.az bildirir, Apa.az portalına istinadən.

Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin stabil yüksək səviyyədə saxlanılması, habelə avtobus parkının yenilənməsinin davamlı maliyyələşdirmə mexanizminin yaradılması məqsədilə “brutto-müqavilə” sistemi tətbiq ediləcək.

Bu barədə "APA-Economics"ə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov danışıb.

Modelin mahiyyətini izah edən nazir müavini bildirib ki, gediş haqlarından əldə olunan gəlir tənzimləyici orqan tərəfindən toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmətlərə görə haqqın bir hissəsi bu vəsaitlər hesabına, qalan hissəsi isə dövlət tərəfindən ayrılan vəsait hesabına ödəniləcək.

"Burada bir neçə amil var. Birincisi, sərnişin axınının azalması və ya gediş haqqı gəlirlərinin həcmində dəyişikliklərlə bağlı daşıyıcıların riskləri azalacaq. Bu, daşıyıcının gəlirlərini optimallaşdırmaq və ya maksimum dərəcədə artırmaq üçün əlavə sərnişinlər cəlb etmək cəhdinin qarşısını alacaq və onu yalnız müqavilənin şərtlərini yerinə yetirmək məqsədi ilə hərəkət etməyə təşviq edəcək. Xidmətin keyfiyyəti yüksələcək, çünki daşıyıcının qazancı indi sərnişinlərin sayından deyil, tənzimləyici orqanla bağlanmış “brutto-müqavilə”nin şərtlərinə nə dərəcədə əməl etməsindən asılı olacaq - daşıyıcı xidmət səviyyəsinin yüksəldilməsində və hərəkət qrafikinə ciddi riayət edilməsində maraqlı olacaq. Eyni zamanda, tənzimləyici struktur daşıyıcını “brutto-müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cərimələr sistemi tətbiq etməklə göstərilən xidmətlərin yüksək səviyyədə saxlanmasını stimullaşdıracaq"- Rəhman Hümmətov vurğulayıb.

Nazir müavini əlavə edib ki, xidmətlərin əlçatanlığı artacaq – daşıyıcılar nisbətən gəlirli və gəlirli olmayan marşrutlar arasında seçim etməkdə maraqlı olmayacaqlar:

"Bu, şəhərətrafı marşrutlarda analoji xidmət səviyyəsini təmin edəcək və ictimai nəqliyyatın əhali üçün əlçatanlığını artıracaq. Bundan əlavə, bazar amillərindən asılılıq azalacaq – daşıyıcı iqtisadi böhran və ya pandemiya kimi xarici təsirlərdən qorunacaq ki, bu da nəqliyyat sisteminin dayanıqlılığını təmin edəcək.

Digər vacib məqam odur ki, bu sahə “kölgə” iqtisadiyyatından çıxacaq. Marşrutların nağdsız ödənişlərə keçidinin təşviq edilməsi gediş haqlarının yığılması, daşıyıcıların xidmətlərinin ödənilməsi, onların xərc və gəlirlərinin əsaslandırılması üçün tam şəffaf mexanizm yaradacaq və bununla da bu sahə “boz” zonadan çıxarılacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri