Nazir müavini: Çin şirkətləri ilə Qarabağda birgə layihələrin icrası hər iki tərəf üçün faydalı olar
Icma.az bildirir, Apa.az portalına istinadən.
Azərbaycanda əsas bərpa-quruculuq bölgələri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qabaqcıl texnologiyalardan istifadə edilməklə, infrastruktur və quruculuq işləri həyata keçirilir, yaşayış məntəqələri “ağıllı şəhər” və “ağıllı kənd” prinsipləri əsasında yenidən qurulur.
“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin böyük iqtisadi, o cümlədən, sənaye, aqrar və turizm potensialı var:
“Bu ərazilərdə iki sənaye parkı yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti üçün vergi, gömrük, maliyyə, kommunal xidmətlər, yaşıl enerji, əmək miqrasiyası və mənzil tikintisi sahələrini əhatə edən əlavə güzəştlər paketi təqdim olunur. Düşünürəm ki, işgaldan azad olunmuş ərazilərimizin reinteqrasiyası prosesində innovasiyaların və ağıllı texnologiyaların tətbiqinə əsaslanan birgə layihələrin icrası hər iki tərəf üçün səmərəli olardı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 İyun 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















