Nazir müavini Elçinin anım mərasimində danışdı
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri xiyabanda keçirilən anım mərasimində iştirak edib.
Hurriyyet.Media xəbər verir ki, Murad Hüseynov mərasimdə Xalq yazıçısı barədə fikirlərini bölüşüb.
Nazir müavini Elçin Əfəndiyevin Azərbaycan ədəbiyyatı və mədəniyyətində mühüm iz qoyduğunu bildirib. O, Xalq yazıçısının zəngin yaradıcılıq irsindən, ədəbiyyat və mədəniyyətin inkişafına verdiyi töhfələrdən danışıb.
Murad Hüseynov qeyd edib ki, Elçin Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbiyyatının ayrılmaz hissəsidir və onun əsərləri gələcək nəsillər üçün də öz aktuallığını qoruyacaq.
Nazir müavini Xalq yazıçısının xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıb.
Baxış sayı:93
Bu xəbər 03 Avqust 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















