Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Ötən onilliklərin solmayan kinolentləri

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ölümdən sonra insanı nə gözləyir?

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Elçinin sürprizləri

Elçinin sürprizləri

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Abid TAHİRLİ
filologiya elmləri doktoru 

 

“Elçinin yaradıcılığnda tez-tez sürprizlərlə üzləşirik” - filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Nərgiz Paşayevanın Elçinin ədəbi irsi haqqında illər öncə yazdığı bu cümlə, o vaxt olduğu kimi, bu gün də aktualdır. Çünki Elcinin həyatı və yaradıcılığı ilə tanış olan hər kəs yenə, təkrar-təkrar həmin sürprizlərlə qarşılaşır... 

Xalq yazıçısı, görkəmli dövlət xadimi Elçin çoxşaxəli, məhsuldar fəaliyyəti ilə ölkəmizin ədəbi-mədəni, ictimai-siyasi həyatında parlaq iz qoymuş nadir sənətkarlardandır. Onun həyatında və yaradıcılığında baş verən bir çox yeniliklər oxucu auditoriyası və geniş ictimaiyyət tərəfindən həqiqətən sürpriz kimi qarşılanıb. Sadə, səmimi, sıravi qəhrəmanlar qalereyasından ibarət yaddaqalan, unudulmaz bədii tablolarla, koloritli obrazlarla zəngin “Bülbülün nağılı”, “Talvar”, “Şuşaya duman gəlib”, “Gümüşü, narıncı, məxməri”, “Bu dünyada qatarlar gedər”, “Sarı gəlin”, “Ayaqqabı” ... səpkili çoxsaylı hekayələr, ədəbiyyatda yeni insanın daxili dünyasını, xarakterini, hiss və duyğularını, arzu və istəklərini bənzərsiz bədii priyomlarla oxucuya təqdim edən "Baladadaşın ilk məhəbbəti", "Dolça" "Toyuğun diri qalması", "Dəlixanadan dəli qaçıb", “Bayraqdar”... kimi povestlər, Azərbaycan prozasının ən dəyərli nümunələrindən “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş”... ədəbi mühitdə böyük əks-səda doğuran sürprizlər deyildimi? Ədəbi prosesin bütün istiqamətlərini (nəsr, poeziya, dramaturji, uşaq ədəbiyyatı) yaxından izləyəyərək tənqidin konseptual konturlarını müəyyənləşdirmək, əsərləri bədii-estetik meyarlar əsasında dəyərləndirmək və ədəbi mənzərəni sistemli şəkildə təhlil etmək yazıçının, həm də ədəbiyyatşünaşlığa sürprizidir. Elçinin aktual və mövzu, sosial-psixoloji dərinlik, orijinal süjet və obrazlarla milli dramaturgiya yeni yeni nəfəs verməsi də, pyeslərinin Türkiyə, London səhnələrində anşlanqla kesməsi də sürprizdir. Sovet dövründə, Azərbaycanla Türkiyə arasında əlaqələrin, demək olar ki, olmadığı ötən əsrin 70-ci illərində Elçinin qələmə aldığı və mövzusu, məzmunu, sənətkarlıq xüsusiyyətləri ilə zəngin, unudulmaz təəssürat yaradan “Yaxın, uzaq Türkiyə” elmi-publisistik əsəri dövrün ən qeyri-adi, nadir ədəbi hadisələrindən və sürprizlərindən idi.

Sovet imperiyasının çöküşündən sonra Azərbaycan mətbuat tarixində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti, onun atributları, liderləri haqqında Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti - “Vətən” Cəmiyyətinin sədi vəzifəsində işləyərkən Elçinin Cəmiyyətin orqanı “Odlar yurdu” qəzetinə məqalələr verilməsi barədə tapşığrığı da sürpriz idi. Yenə həmin vaxtlar Azərbaycan tarixində ilk dəfə ABŞ konqresmeni Cim Mudinin Azərbaycana dəvət olunması və ilk rəsmi şəxsin Şəhidlər Xiyabınaına ziyarətinin təşkili də gözlənilməz idi. Sovet İttifaqının süqutundan düz üç il əvvəl kommunist zehniyyətinin qatı düşməni, Azərbaycan istiqlal mücadiləsinin son nümayəndələrindən Məhəmməd Kəngərlinin, Əhməd Qaracanın Vətənə dəvət olunması və ölkəmizə gəlişi də gözlənilməz olduğu qədər də əlamətdar hadisə idi. Şübhəsiz ki, sovet rejimin can üstündə olduğu bir dövr olsa da, 1988-ci ildə dünya türkologiyasının tanınmış azərbaycanlı nümayəndələrini M.F.Axundovun anadan olmasının 175 illi yubileyi çərçivəsində Bakıya toplamaq Elçinin ictimai-siyasi, elmi, ədəbi mühitiməizə böyük sürprizi idi. Azərbaycan Respublikası Baş nazirinin müavini işləyərkən Elçin Əfəndiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stenli Esküderonu onun xahişi ilə qəbul etmişdi (1999, 9 noyabr). Qeyri-ənəvi dinlərdən birinin dövlət qeydiyyatına alınması məsələsi ilə bağlı Elçinin qəbuluna gələn cənab səfir üçün bu görüş əməli-başlı sürpriz olmuşdu. O, qəbuldan sonra demişdi ki, Amerika ədəbiyyatını mükəmməl bilən Elçinlə söhbət o qədər maraqlı oldu ki, əsas mövzumuz yaddan çıxdı... Bu qəbildən olan olay-sürprizlərin sayını artırmaq da olar. 

Elçinin həyatı və yaradıcılığı haqqında Məmməd Cəfər, Həmid Аrаslı, Məmməd Аrif, Kаmаl Tаlıbzаdə,  Mir Cəlal, Bəхtiyаr Vаһаbzаdə, Mirzə İbrаһimоv, Yаşаr Qаrаyеv, Bəkir Nəbiyеv, Əziz Mirəһmədоv, Abbas Zamanov, Yusif Səmədоğlu, Xəlil Rza Ulutürk, Əlağa Kürçаylı, Xalid Əlimirzəyev, Nizаməddin Şəmsizаdə, Yusif Seyidov, Nadir Cabbarov, Kamil Vəliyev,  Anar, İsa Həbibbəyli,  Nizаmi Cəfərоv, Qəzənfər Paşayev, Nizami Tağısoy, Vilаyət Quliyеv, Vaqif Yusifli, Cahangir Məmmədli, Elnarə Akimova, Əbülfət Mədətoğlu, Sərvaz Hüseynoğlu... kimi tanınmış simalar müxtəlif dövrlərdə yüksək fikir və mülahizələrini bölüşmüşlər. Bu münasibət qüdrətli yazıçının zəhmət və istedadına verilən halal və təmənnasız dəyər olsa da, Elçin ona ünvanlanan, onun barəsində qələmə alınan əsərləri də məmnunluqla mütailə edirdi. Eyni zamanda ədəbi mühitdə az-çox adı çəkilən demək olar ki, bütün qələm sahibləri barədə, onların əsərlərinin ideya, məzmunu, sənətkarlıq problemləri haqqında aşıq, obyektiv, əsaslandırılmış mövqeyini, elmi-nəzəri fikirlərini yorulmadan yazırdı. Vaqif Yusiflinin təbirincə desək, Elçinin ədəbiyyata sevgisi məhdud dairədə məhdudlaşmır və bu sevgi "Kitabi-Dədə Qorqud"a, aşıq poeziyasına, "Molla Nəsrəddin" işığına, Üzeyir Hacıbəyova, Nəriman Nərimanova, Məhəmməd Əmin Rəsulzadəyə, Hüseyn Cavidə, Cəfər Cabbarlıya, Yusif Vəzir Çəmənzəminliyə qədər böyük bir yol keçir.
 Elçinin həyat və yaradıcılıq tərzinə çevrilmiş bu fəaliyyət bəzən də sürpriz ovqatı yaradırdı və o bu cür sürprizlər etməyi çox xoşlayırdı. Şair, publisist Əbülfət Mədətoğlu: “Bir gün dostlarımdan biri dedi ki, Elçin məqalələrindən birində sənin yaradıcılığından da bəhs etmişdir. Sözün düzü, əvvəl inanmadım. Çünkü Elçinə nə kitablarımı vermiş, nə yaradıcılıqla bağlı fikir mübadiləmiz olmuşdu. Məlum olur ki, o qəzet və jurnallardan məni də izləyirmiş. Hansı hissləri keçirdiyimi təsvir etməkdə çətinlik çəkirəm...” Rəsmiyyə Sabir: “Eşidəndə ki, Elşin müəllim qəzetə yazdığı məqalədə mənim də şeirlərim haqqında yüksək fikirlər söyləyib, çox sevindim. Yaradıcılığım haqqında dəyərli tədqiqatçılar çox yazıb, hamısına minnətdaram. Etiraf edim ki, Elçin kimi tələbkar və yüksək zövqlü tənqidçinin ünvanıma yazdıqları mənim üçün bir sürpriz idi. Həmin yazıda Elçin müəllim digər həmkarlarımın da müxtəlif zamanlarda qələmə aldıqları poeziya nümunələri haqqında ətraflı söz açmışdır. Heç demə, o mətbuatı, ədəbi prosesi günbəgün izləyirmiş”. 

Bu nümunələrin sayını artırmaq olar. Onu da əlavə etdməyi lazım bilirik ki, Elçinin KİV-də, müxtəlif kitablarda rastlaşdığı ədəbi nümunələr haqqında mütəmadi şəkildə yazdığı məqalələr nəticə etibarı ilə Azərbaycan ədəbiyyatşünaslığının nadir incilərinə çevrilən fundamental elmi-nəzəri əsərlər üçün bünövrə olmuşdur. Nəticədə təfəkkürünün dərinliyi, analitik gücü, sanbalı seçilən və aktuallığını da itirməyən “Tənqid və ədəbiyyatımızın prоblеmləri”, “Klassiklər və müasirlər”, “Ədəbiyyatımızın yaradıcılıq problemləri”, “Tənqid və nəsr” , “Ədəbi düşüncələr”, “Azərbaycan ədəbi tənqidinin və ədəbi prоsеsin prоblеmləri”,  “Tənqid və nəsr”, “Klаssiklər və müаsirlər”, “Aqoniya”, yoxsa təkamül?” , "Azərbaycan ədəbi prosesində nələr baş verir”, "Sosializm realizmi bizə nə verdi?" kimi əsərlər ərsəyə gəlmişdi... 
Bu il mayın 13-də 83 yaşını qeyd edəcəyimiz qüdrətli sənətkar Elçin cismən aramızda olmasa da, onun zəngin ədəbi irsi, xatirələrdə yaşayan, xoş sürprizlərlə dolu işıqlı obrazı əzəmətli portretini unudulmaz edir.

12 may, 2026.
Qəbələ

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://525.az
archiveBu xəbər 13 May 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see297

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see221

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see203

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see182

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see180

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see177

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see177

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see177

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see177

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see176

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see176

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see176

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see175

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see175

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see174

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see173

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see172

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see172

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see171

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri