Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

Nazir müavini: Hər şey Azərbaycanın tranzit qiymətindən asılıdır MÜSAHİBƏ

Nazir müavini: Hər şey Azərbaycanın tranzit qiymətindən asılıdır MÜSAHİBƏ

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qardaş və müttəfiq dövlətlər olan Azərbaycan və Qazaxıstanı ortaq tarix, mədəniyyət və gələcəyə yönəlmiş strateji baxış birləşdirir. Ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə dinamik və davamlı inkişaf nümayiş etdirir. İki ölkə arasında əhəmiyyətli əməkdaşlıq istiqamətlərindən biri hazırda dinamik inkişaf mərhələsində olan iqtisadi əməkdaşlıqdır.

Məhz iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri dünən Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclası zamanı müzakirə olunub.

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın mühüm aspektlərindən biri də energetikadır. İclasda bu sahədə aparılan müzakirələrlə bağlı suallarla Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşova müraciət etdik.

"APA-Economics" nazir müavini ilə müsahibəni təqdim edir:

- Öncə keçirilən hökumətlərarası komissiyanın iclasında Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə Qazaxıstan neftinin tranzitinin illik 7 milyon tona qədər artırılması planları səsləndirildi. Bu göstəricilərə necə nail olunması planlaşdırılır? Mərhələli şəkildə, yoxsa necə?

- Əvvəla, bu sadəcə ümumi, bəyanedici rəqəmlər idi – niyyətlər haqqında. Hələ ki, konkret öhdəliklər yoxdur. Niyə? Çünki hər şey Azərbaycan tərəfinin tranzit qiymətindən asılıdır. Ona görə də biz Azərbaycan Respublikasının yekun cavabını gözləyirik. Aydındır ki, potensial böyükdür. Bizim marağımız var və Bakı–Tbilisi–Ceyhan boru kəmərinin layihə gücü də böyükdür. Ona görə də əgər "ulduzlar" düz gələrsə, mən düşünürəm, potensial olacaq, əgər ildə 7 milyon ton haqqında danışılırsa, potensial olaraq 20 milyon tona qədər də [çatdırmaq – red.] olar. Əgər gələcəkdə hansısa modernizasiya aparılsa.

Ona görə də biz bu istiqaməti artırmağa hazırıq, çünki Qazaxıstan üçün bu strateji xarakter daşıyır – ixrac tədarüklərinin diversifikasiyası. Mən hesab edirəm ki, hökumətlərarası komissiyanın iclası çox məhsuldar keçdi və bu istiqamətin daha da genişlənməsi üçün təməl ola bilər. Və iki ölkənin hökumətlərarası komissiyasının həmsədrləri də qeyd etdilər ki, işi davam etdirmək lazımdır.

- Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə nəql olunan neftin keyfiyyət göstəricisi məsələsinə gəldikdə, axı Azərbaycanla Qazaxıstan neftinin keyfiyyəti və spesifikasiyası fərqlidir. Bu məsələ necə razılaşdırılır?

- Bu baxımdan ümumiyyətlə heç bir problem yoxdur. Artıq hazırda tranzit gedərkən, bizdə Qazaxıstan neftinin keyfiyyəti, Azərbaycan neftinin keyfiyyəti ilə bağlı anlayış mövcuddur. Ona görə də ümumiyyətlə heç bir problem yoxdur. Məsələ Bakı–Tbilisi–Ceyhan boru kəmərinin maksimal imkanlarına qədər yüklənməsindən gedir. Bu, Azərbaycan üçün əhəmiyyətli tranzit gəlirdir. Təbii ki, [Azərbaycan tərəfinin – red.] marağı olmalıdır. Və biz hazırda tranzit üzrə qarşılıqlı faydalı tariflə bağlı danışıqlar aparırıq. Əgər tarif adekvat olarsa, o zaman mən hesab edirəm ki, həcmlər artmalıdır – həm Qazaxıstan qazansın, həm də Azərbaycan qazansın. Mən hesab edirəm ki, keyfiyyət məsələsi – bu ikinci dərəcəlidir və əslində artıq həll olunub. Məsələ – alıcılardadır, onlar indi yəqin ki, bu fərqli neft “Blend”ını (məhsulların qarışığı – red.) kateqoriyalaşdırmalıdır.

- Bu il üçün Qazaxıstan neftinin Azərbaycan üzərindən tranzit həcmi ilə bağlı planlar nədir?

- Belə ki, bildiyiniz cari həcm dəyişməyəcək – təxminən 2,2 milyon ton. Cari ilin sonuna bir neçə ay qalıb, ona görə də əgər hər şey plan üzrə getsə, bu rəqəm yerinə yetiriləcək. Biz düşünmürük ki, bu il artım olacaq. Eyni zamanda, dünya bazarlarında neftin qiyməti ilə bağlı vəziyyəti də nəzərə almaq lazımdır. O, dəyişkəndir. Ola bilsin ki, gələn ilə artım olsun. Biz hazırda məhz 2026-cı ilin birinci rübü üzrə proqnoz aparırıq – ola bilsin, orada rəqəmlərlə bağlı hansısa dəyişikliklər olsun.

- Qazaxıstan neftinin Azərbaycan üzərindən tranzitinin genişləndirilməsi imkanları baxımından Bakı–Supsa boru kəmərindən istifadə Qazaxıstan tərəfindən nəzərdən keçirilirmi?

- Ümumiyyətlə, biz neftin dünya bazarlarına çıxışı üçün bütün mümkün variantları nəzərdən keçirəcəyik. Ola bilər ki, potensial gələcək birgə layihələr olacaq – SOCAR və “KazMunayQaz” arasında Qazaxıstanda neftin, neft-qaz yataqlarının işlənməsi üzrə. Ona görə də biz yeni neft həcmləri gözləyirik.

Amma hazırda başa düşməliyik ki, Supsa istiqaməti Bakı–Tbilisi–Ceyhan istiqamətindən daha az cəlbedicidir. Niyə? Çünki hava şəraiti məsələsi var, Bosforla bağlı məsələlər var. Ona görə də biz hazırda Bakı–Tbilisi–Ceyhan marşrutuna üstünlük veririk.

- Hazırda Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində başqa hansı əməkdaşlıq istiqamətləri nəzərdən keçirilir?

- Bəli, müxtəlif istiqamətlər nəzərdən keçirilir. Bu həm “yaşıl dəhliz”, yaşıl layihələrdir. Həmçinin, komissiyanın iclası zamanı “dinc atom” sahəsində konkret təşəbbüslər səsləndirildi.

Bundan əlavə, bu həm də Qazaxıstanda neft-qaz yataqları üzrə geoloji kəşfiyyat layihələridir. Xüsusilə, SOCAR şirkəti Qazaxıstanın Manqıstau vilayətində yerləşən yatağa maraq göstərir.

Ümumiyyətlə, Qazaxıstan Energetika Nazirliyi olaraq, Azərbaycan tərəfindən gələn təşəbbüsləri, xüsusilə energetika sahəsində, hər cür dəstəkləməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see228

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see148

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see142

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see132

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see128

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri