Nazir müavini işə çıxmır Vətəndaş qəbulunu isə bu şəxs keçirir
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbəri Ramiz Mehdiyevin fövqəladə hallar nazirinin müavini olan oğlu Teymur Mehdiyev vətəndaş qəbulu keçirmir.
"Unikal"ın əldə etdiyi məlumata görə, ötən gün general-mayor Teymur Mehdiyevin vətəndaş qəbulu nəzərdə tutulub. Lakin, T.Mehdiyev vətəndaşları özü qəbul etməyib. Onun əvəzinə qəbulu polkovnik Riyad Muğanlinski həyata keçirib.
General-mayor Teymur Mehdiyevin işə çıxmadığı da bildirilir.
Qeyd edək ki, fövqəladə hallar nazirinin müavinləri hər ay vətəndaş qəbulu keçirirlər.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Murad İbrahimli
Baxış sayı:61
Bu xəbər 29 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















