Nazir müavini məktəblərdəki şagird sıxlığından DANIŞDI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Burda obyektiv səbəblər var, yəqin ki, Bakı, Sumqayıt və Abşeronda olan köç məsələsini biz başa düşürük. Eyni zamanda, valideynlərin istəkləri var, təbii ki, biz bunu idarə edə bilmirik. Mənim uşağım mütləq hansısa sinifdə və məktəbdə oxumalıdır. Ola bilər qonşu məktəbdə daha az sıxlıq var, amma ora uşağını göndərmir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deputatların məktəblərdəki şagird sıxlığı ilə bağlı sualını cavablandırarkən deyib.
"Yəni, bu məsələ bir balaca mübahisəlidir. Amma qeyd etmək istərdim ki, son illərdə Bakı, Abşeron və Sumqayıtda sıxlıqla bağlı həll yollarımız var, yeni məktəblər tikilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 13 Noyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















