Nazir müavini: Ötən il 850 mindən çox kitab elektronlaşdırılıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 11 fevral, Gülay Nəzərova, foto Tofiq Babayev, AZƏRTAC
Kitabxanalarda fəaliyyətin təkmilləşdirilməsi Mədəniyyət Nazirliyinin əsas prioritetlərindən biridir. Hazırda ölkə üzrə 3 minə yaxın kitabxana fəaliyyət göstərir və onların işinin təkmilləşdirilməsi əsasən rəqəmsallaşma və kadr potensialının artırılması istiqamətində həyata keçirilir. Bu məqsədlə Bakı və regionlarda mütəmadi olaraq təlimlər təşkil olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov fevralın 11-də nazirliyin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında səsləndirib.
Onun sözlərinə görə, ötən il 850 mindən çox kitabın elektronlaşdırılması prosesi həyata keçirilib. Eyni zamanda, kitabxanalar beynəlxalq fəaliyyət sahəsində də fəallıq göstərib, müxtəlif əməkdaşlıq layihələrində iştirak edib. Bununla yanaşı, nadir əlyazmaların ölkəyə qaytarılması istiqamətində də mühüm addımlar atılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 11 Fevral 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















