Icma.az
close
up
RU
Nazir onun anasından xahiş etmişdi ki... Vaqif Mustafazadənin ürəyini necə partlatdılar?

Nazir onun anasından xahiş etmişdi ki... Vaqif Mustafazadənin ürəyini necə partlatdılar?

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nazir onun anasından xahiş etmişdi ki... - Vaqif Mustafazadənin ürəyini necə partlatdılar?

Dünən bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü idi.
Oxuməni.az
Kulis.az-a istinadən sənətkarın həyat və yaradıcılığı haqqında İradə İsaqın yazısını təqdim edir.

Zamanında öz sənəti ilə etirafını etmişdi Vaqif Mustafazadə.
“Vaqifin etirafi” adlı kompozisiyasından danışarkən belə deyirdi: “Musiqiçi taleyimdən çox razıyam. Çünki hədsiz dərəcədə musiqini sevirəm. Anam Zivər Əliyevanın dərs dediyi 1 nömrəli musiqi məktəbində oxumuşam. Anam isə böyük bəstəkarımız Üzeyir Hacıbəyovun tələbəsi olub, muğamları Üzeyir bəydən öyrənib. Digər müəllimim böyük musiqiçi Georgi Şaroyev olub. Bu gün musiqidə nail olduqlarım üçün bu iki insana borcluyam. Əsas nailiyyətim isə musiqidə özümü, öz simamı tapmağımdır”.

Vaqif Mustafazadə sanki İlahi sifarişlə doğulmuşdu - 1940-cı il martın 16-da İçərişəhərdə. 1939-cu il sentyabrın 6-ı isə Azərbaycan cazının doğum günü kimi tarixə düşüb. Həmin gün Dövlət Caz Orkestrinin ilk konserti olmuşdu. Çox təsadüfən Azərbaycan cazı və Vaqif Mustafazadə yaşıd oldular...

Vaqif Mustafazadə haqqında danışanlar daha çox anası Zivər xanımdan bəhs edir. Atası Əziz bəydən isə az danışılır. Baxmayaraq ki, Əziz bəy Çələbi xanın nəslindən idi. Hərbi həkim olsa da, tar, kamançada gözəl ifa edirdi. 1941-ci ildə Böyük Vətən müharibəsinə həkim kimi getdi. 1945-ci ildə müharibədən qayıdandan sonra Zivər xanımla ayrılırlar. Cəbhədə bir rus tibb bacısı ilə ərinin münasibətlərindən xəbərdar olan Zivər xanım onu bağışlaya bilmədi. Amma Vaqif atası ilə görüşürdü. Əsasən anasının himayəsində böyümüşdü. O, uşaq vaxtından talantlı biri kimi məşhur idi. Hələ 1 saylı musiqi məktəbində ikən müəllimi Şaroyev ona Raxmaninovun “Do dies minor” konsertini vermişdi. Onu elə gözəl ifa edir ki, Şaroyev Zivər xanıma “sizin oğlunuzun böyük gələcəyi var” deyir.

Vaqif birdən-birə Azərbaycan musiqisində bomba kimi partladı. Uzun saç-saqqalı, qeyri-adi geyimli bu oğlan o zamanın SSRİ senzurasının heç də xoşuna gəlmirdi. Yalçın Rzazadə deyir ki, Vaqifi bütün dünya qəbul edəndə burada ona qadağalar tətbiq edib, saç-saqqalına görə efirə buraxmırdılar: “Bir dəfə yenə qaytardılar ki, get bığını qırx, az qaldı ürəyi partlasın, güclə sakitləşdirdik”.

Vaqif Gərayzadənin ev muzeyinin direktoru və onun bibisi qızı olan Afaq xanım Əliyeva da onun haqsızlıqlarla barışmadığını söyləyir: “Deyirdi ki, bunlar niyə bığlarıma baxır? Barmaqlarıma baxsınlar da...”.

Onunla eyni ansamblda çalışmış Akif Süleymanbəyli isə “klassik musiqi ifaçılığı sinfində oxuduğumuz üçün bizə muğam dərsi keçməmişdilər. Biz zənci musiqisi çalırdıq, muğamı yox. Bir dəfə mən Vaqifin yanında muğam çala bilməyəndə o başqa bir gitaristdən bunu xahiş etdi. O da çaldı, amma pis. Vaqif dedi ki, saxla, bu ki erməni musiqisinə oşxadı. Amma elə erməni musiqisi pis ifa olunan Azərbaycan musiqisidir də”, – xatırlayır.

Vaqif ömrünün gənc illərində Nərminə xanım adlı bir qadınla erkən olaraq ailə qurur. Amma bu ailənin ömrü o qədər də uzun olmur. Milliyyətcə ləzgi olan Nərminə xanım özü tanış olmaq istəmişdi Vaqiflə. Səadət sarayında rəsmi nikaha girmişdilər və bu nikahdan Lalə adlı qızları doğuldu. O da klassik pianoçu idi. Sonra Parisdə Qrant Operada çalışdı, əri fransız idi, oğlunun adı isə Mikayıl.

Vaqif Bakıdan niyə getdi?

Bəzi haqsızlıqlara görə Vaqif Bakıda qala bilmir. Çünki hər bir istedad qayğısına qalınmayanda məhv olur. O zaman isə caz üçün ən münbit şərait Tiflisdə idi və ona edilən növbəti dəvətlə Vaqif razılaşdı. Orada yaratdığı “Qafqaz” caz triosu məşhur “Orera” kvartetitini müşayiət etməyə başladı. Bu ansambl son dərəcə çətin, məsuliyyətli bir dövrdə fəaliyyət göstərir. Çünki o illərdə Q.Lukyanov, N.Qromin, A.Kozlov və başqa sənətkarlar kvintet, trio və duetlərini musiqinin ən müxtəlif formalarında, məsələn, xalq ahəngindən tutmuş sonorlu səslərin effektinə qədər sınayırdılar. Breqvadze, Kikabidze kimi solistlərlə çalışan Vaqif bu illərdə "Orera" ansamblına da dəvət alır.

Yeri gəlmişkən, Vaqif Mustafazadə "Orera" ansamblında Elza Bandzeladze ilə tanış olur və onunla ailə qurur. Bu nikahdan Vaqifin ikinci övladı Əzizə dünyaya gəlir. 1966-ci ildən o, artıq Gürcüstanı təbliğ etməyə başlayır.

Vaqif Gürcüstanda ikən SSRİ miqyasında görünməmiş uğura imza atır. 1967-ci ildə Tallində keçirilən 3 mindən çox dünya musiqiçisinin nəhəng Beynəlxalq Caz Festivalına qatılır. O, burada Gürcüstanı təmsil edir. Tallinin "Kalev" idman zalında bir-birinin ardınca səhnəyə çıxan məşhur caz ustalarının çıxışlarını böyük caz mütəxəssisi Velis Konoverin başçılıq etdiyi münsiflər heyəti qiymətləndirirdi. 4 gün davam edən festivalın sonlarına yaxın heç kimin yaxşı tanımadığı cazmen səhnəyə çıxır və "O insanı ki, mən sevirəm" əsərini ifa edir. Əfsunlaşmış tamaşaçılar arasında birinci ayağa qalxan münsif dünyaca məşhur İsveç cazmeni Yohanson olur. Heyrətindən təmkinini itirən Yohanson "öncə o, sonra mən qalib olacağam" - var səsi ilə qışqırır.

Nazirin xahişi

Konover ömrü boyu onu tərk etməyəcək təəssüratın nəticəsi olaraq, Vaqif Mustafazadəni Tallində keçirilən növbəti caz festivalının da şəriksiz qalibi elan edir. Tallində qazandığı böyük uğurdan sonra Vaqif Gürcüstana deyil, Azərbaycana döndü. Çünki mədəniyyət naziri Rauf Hacıyev anası Zivər xanımdan “Vaqifi dilə tutub qaytarın, o, Azərbaycanı təmsil etməlidir” xahişini edir.

Bu, qəribə bir dönüş idi. Vaqif Mustafazadə uğur qazandıqdan, dünayanın ən məşhur musiqiçiləri arasında fərqlənəndən sonra onu vaxtilə qiymətləndirməyən, həmvətənləri arasına dönür. İlk vaxtlar Vaqifin uğuru anılsa da, az keçməmiş hər şey əvvəlki yerini alır: laqeydlik, biganəlik, soyuqluq... Vaqifsə bütün bunlara əhəmiyyət verməyərək, 1969-cu ildə Bakıda keçirilən caz festivalında nəyə qadir olduğunu bir daha sübut edir. Gerçəkliyi qəbul etmək istəməyənlər daha canfəşanlıqla onun əleyhinə təbliğat aparırlar. Vaqifin yaradıcılığını milli musiqimizə, muğama xəyanət kimi qiymətləndirənlər bununla da kifayətlənmirlər. Onun televiziyada solo-konsert vermək cəhdi dəfələrlə boşa çıxır. Vaqif bu ədalətsizliyin, haqsızlığın fövqündə dayansa da, gün-gündən gərilən əsəblər bir gün özünü büruzə verir.
29 yaşlı sənətkar ölümlə üz-üzə gəlir. Belə gənc yaşda konsertlərinin birində ürəyi infarkt keçirir. Ancaq bu dəfə xəta sovuşur. Xərəkdə onu evə aparırlar. Çarpayıda uzanan sənətkar anasından xahiş edir ki, onun üçün “Bayatı Şiraz” muğamını çalsın. Elə o çarpayıdaca qərara gəlir ki, caz ilə muğamı sintez etsin.

O dövr üçün Vaqifin qeyri-adi imici insanlar arasında müxtəlif şayiələrin yaranmasına səbəb olmuşdu. Ona narkoman adını da qoymuşdular. Əsərlərinin yaxşı alınmasının bir səbəbinin narkotika aludəçisi olması ilə bağlayırdılar. Bunu utanmadan iddia edənlər unudurlar ki, 29 yaşında infarkt keçirən bu insana həkimlər hətta siqaret çəkməyi qadağan etmişdilər.

Diplomu olmadığından onu bəstəkar yox, adi pianoçu kimi qələmə vermək istəyirdilər. Amma heç Tofiq Quliyev də bəstəkar deyildi, pianoçu idi, lakin Bəstəkarlar İttifaqının sədri olmuşdu.

Beləliklə, caz-muğamın əsasını qoydu Vaqif Mustafazadə. Dünyanın analoqu olmayan musiqi janrının. Ötən əsrin əvvəllərində sələfi Üzeyir bəy bütün dünya mədəniyyətini heyrətə gətirən sintez edərək, Qərb operası ilə Şərq muğamını birləşdirmişdi. İlahi təsadüfə baxın. Düz ötən əsrin ortalarında onun mənəvi nəvəsi sayılan Vaqif Mustafazadə Qərb cazı ilə Şərq muğamını heyrətamiz şəkildə birləşdirərək, tarixə novator kimi düşdü.

Oğlan istəmişdi, qız oldu

Vaqifi tamaşaçılara sevdirən isə həyat yoldaşı Elza xanımın da solist olduğu 4 gözəl qızın iştirak etdiyi “Sevil” kvarteti oldu. O, öz dəhşətli improvizələrini yaşatmağa yer tapdı. Qrupun adı da Şərqin ilk azad olan qadını Sevilin şərəfinə qoyulmuşdu. Qrup qısa zamanda böyük uğurlar əldə etdi. Onlar bütün Sovet İttifaqında məşhurlaşdılar. 1971-ci ildə Teleradio Komitəsində bu qrupu ştata götürdülər.

Vaqif Mustafazadənin həyatı musiqidən sonra qızı Əzizə idi. İstəyirdi ki, oğlu olsun, atası kimi Əziz adlandırsın. Amma qızı oldu, adını Əzizə qoydular. Ona hətta Caziza da deyirdi. Laləni isə az gördü, Nərminə Laləni görməyə qoymurdu. Ona görə də meylini Əzizəyə salmışdı.

Vaqif Mustafazadə 1978-ci ildə Monakoda qeyri-adi şərtlərlə keçirilən festivalda növbəti uğura imza atdı. Festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı hətta onun hansı ölkəni təmsil etməsi gizli saxlanılmalı idi. Münsiflər heyəti bu lentləri bir-bir dinləyib, qalibi müəyyənləşdirdikdən sonra əsərin müəllifi, ifaçısı, o cümlədən, ölkənin adı elan olunacaqdı. Yüzlərlə naməlum ad içərisindən yenə də bizə doğma ad çəkilir: “Azərbaycan, Vaqif Mustafazadə, “Əzizəni gözləyərkən”.

Vaqif bu festivaldan Vətənə “Ağ royal” mükafatı ilə qayıtdı. Monako festivalına qatılan minlərlə insan ecazkar musiqinin sədalarına heyran kəsilir. Azərbaycanda isə hələ də Vaqif Mustafazadənin adının belə çəkilməsini istəmirlər.

Ölümə aparan Daşkənd səfəri

1979-cu ilin dekabrı. Vaqif Mustafazadəni ölümə aparan Daşkənd səfəri.
Əslində, Vaqif növbəti konserti Bakıda verməyi planlaşdırırdı. Ancaq bədxahlar onun bu istəyini gerçəkləşdirməyə qoymadılar, o isə faciəvi sonluqla bitən sonuncu konsertini Daşkənddə verəsi olur.
Vaqif Mustafazadə Daşkənd konsertində səhnəyə son dərəcə əsəbi, incimiş, bütün bu haqsızlıqlardan boğaza yığılmış halda çıxır. Çünki Daşkənddə konserti təşkil eləməyi öz boynuna götürənlər onu aldatmışdılar. “Bakıda hazırlanan afişalar Daşkəndin küçə və meydanlarında asılıb" desələr də, əslində, konsertlə bağlı adi bir elan da verilməmişdi. Bütün bunlar konsert günü məlum olur. Dünya şöhrətli sənətkarın Daşkəndə gəlişindən hətta musiqi aləminin də xəbəri yox imiş.
Pərəstişkarlarının xəbər tutmadığı bu konsertə barmaqla sayılacaq qədər tamaşaçı yığılır. Onlar isə təsadüfən bu konsertdən xəbər tutanlar idi. Vaqif konserti onlara görə təxirə salmaqdan daşınır. Piano arxasına keçir, ifa edir. Aram-aram, sonra isə getdikcə şiddətlənən ürək sancılarına baxmayaraq çalır, çalır... Ancaq Vaqif Mustafazadəyə bu konsertin son akkordlarını vurmaq nəsib olmur. Vaqifin ürəyi çox sevdiyi səhnədə dayanır. Təcili yardım diaqnoz qoyur: ürək parçalanması. Onun cəsədini təyyarə ilə Bakıya gətirirlər. Vidalaşma mərasimi Aktyorlar Evində keçirilir. Fəxri Xiyabanda dəfn olunmasına icazə verilmir. Yasamal qəbiristanlığında torpağa tapşırılır...

Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 17 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see210

Bu ölkələr İsrailə görə Avroviziyadan imtina edəcək

12 Sentyabr 2025 18:39see188

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see180

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see154

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see141

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see139

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see138

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see137

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see134

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see131

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see130

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see129

Model 100 min dollara ər axtarır

12 Sentyabr 2025 18:57see128

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see126

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see125

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see125

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see124

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see123

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see121

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri