Nazir Pərviz Şahbazovun İsmayıllıdakı vətəndaş qəbulu təxirə salındı
Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Energetika naziri Pərviz Şahbazovun İsmayıllıda keçirilməsi planlaşdırılan vətəndaşlarla görüşü yeni tarixə dəyişdirilib.
Doğru.az xəbər verir ki, görüş iyulun 22-də deyil, iyulun 25-də saat 11:00-da İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.
Nazirlə görüşdə İsmayıllı ilə yanaşı, Şəki, Oğuz, Qəbələ, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.
Görüşdə iştirak üçün vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Müraciətlər “974” Çağrı Mərkəzi, nazirliyin “Qaynar Xətt”i, əlaqələndirici şəxslərin telefon və e-poçt ünvanları, eləcə də Energetika Nazirliyinin rəsmi saytındakı “Qəbula yazılmaq” bölməsi vasitəsilə qəbul olunur.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 08 İyul 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















