Nazir: Professormüəllim və tədqiqatçıların mübadiləsi məsələsində bəzi problemlər var
"Professor-müəllim və tədqiqatçıların mübadiləsi məsələsində bəzi problemlər var".
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi" forumunda çıxışı zamanı deyib.
"Alimlərimizin dünya elminə inteqrasiyası, dünyanın aparıcı alimlərin ölkəmizdə elmi tədqiqatlara cəlb olunması bizim üçün prioritet istiqamətdir və hesab edirəm ki, bu sahədə görüləcək işlər daha çoxdur. Xaricdən dəvət edilən alimlərlə bağlı mövcud qəliblər dəyişməlidir. Ali təhsil sistemində olan yanaşmalarımız çox köhnəlib. Pilot layihələrin işinə baxanda görünür ki, ayrılmış maaliyyə bəzi bürokratik səbəblərdən təyinatı üzrə düzgün xərclənmir. Maneələr aradan qaldırılmalıdır ki, inteqrasiya prosesini sürətləndirə bilək. Aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə sıx işlər görülməlidir. Eyni zamanda, xarici alimlərin ölkəmizdə tədqiqat aparması, yaşayıb-işləməsi prosesində də sənədləşmələr də sadələşdirilməlidir", - deyə nazir bildirib.