Nazir qalmaqallı prorektoru işdən çıxardı Yerinə sabiq rəis gətirildi
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) İnzibati işlər üzrə prorektoru İkram Həsənov işdən çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Həsənov İkram Rəhim oğlu vəzifəsindən azad olunub.
İkram Həsənovun işlədiyi dövrdə institutda ciddi pozuntular aşkarlandığı da deyilir. Onun adı mətbuatda müxtəlif qalmaqallarda hallanıb.
Teymur Musayevin digər əmri ilə Süleymanov Röyal Süleyman oğlu ADHTİ-nin İnzibati işlər üzrə prorektoru təyin edilib.

Qeyd edək ki, Röyal Süleymanov 2008-ci ildən SOCAR-da müxtəlif vəzifələrdə çalışıb və 2020-ci ildən "Azəriqaz" İstehsalat Birliyində Hüquq şöbəsinin rəisi işləyib.
Bundan əvvəl, inistutda Adilə Cəlal qızı Rzayeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Təlim-tərbiyə işləri üzrə, Rüfət Akif oğlu Hüseynli isə Beynəlxalq əlaqələr üzrə prorektor təyin olunub.
Əhməd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 30 Sentyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















