Nazir Rəşad Nəbiyev Oğuzda vətəndaşları qəbul edəcək
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 26 sentyabr 2025-ci il tarixində saat 10:00-da Oğuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki, Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 25 sentyabr 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Baxış sayı:50
Bu xəbər 17 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















