Nazir Təhsilin İnkişafı Fonduna elə adamı rəhbər təyin etdi ki... ETN də növbəti dəyişiklik
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə sədr əvəzi təyin olunub.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinin icraçısı Bayramlı İlqar Şakir oğluna tapşırılıb.
Qeyd edək ki, bundan əvvəl Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vəzifəsindən azad edilib.
İlqar Bayramlı 2024-ci ilin aprel ayında Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib. O, Ali Hərbi Məktəbdə müəllim, baş müəllim, "Neftçi" PFK MMC-də Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. Bundan başqa, "Alyans Tekstil" MMC-də direktor, "Capital Motors" MMC-də maliyyə direktorunun müavini və direktor vəzifələrində fəaliyyət göstərib.
Bir müddət "Təmiz qaz" QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi fəaliyyətini davam etdirən İlqar Bayramlı Ağsu rayonunda "Azqranata" MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində də işləyib.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 17 Oktyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















