Nazir: Türkiyə regiona rəqabət deyil, əməkdaşlıq arealı kimi baxır
Icma.az, Azertag saytına istinadən bildirir.
Ankara, 12 may, AZƏRTAC
Yaxın Şərqdə rəqabət və əməkdaşlığı birləşdirən yeni münasibətlər sisteminin formalaşması fonunda Türkiyə konstruktiv, balanslaşdırıcı və sabitliyə yönəlmiş dövlət rolunu oynamağa davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler Qətərin “Əl-Şərq” qəzetinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Ankara sərhədlərinin qorunmasını, iqtisadi inteqrasiyanın gücləndirilməsini və enerji təhlükəsizliyinin təmin edilməsini prioritet hesab edir. “Bu məqsədlərə nail olunması müəyyən risklərlə əlaqələndirilir. Körfəzdə təhdidlərin artan qavranılması yeni, daha balanslı təhlükəsizlik arxitekturası axtarışını sürətləndirir”, - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, Türkiyə regiona rəqabət arenası kimi deyil, əməkdaşlıq arealı kimi baxır: “Türkiyənin yanaşmaları dialoq və qarşılıqlı fayda əsasında formalaşır”.
Y.Güler qeyd edib ki, bu mərhələdə müdafiə texnologiyaları və istehsal gücləri dövlətlərin strateji mövqeyini müəyyən edən vacib amillərə çevrilir.
O, həmçinin əmin edib ki, Türkiyə bütün mövcud diplomatik vasitələrdən və vasitəçilik imkanlarından istifadə edərək regional sabitliyə töhfə verməyə davam edəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 12 May 2026 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















