Icma.az
close
up
RU
Rəqabət sahəsində birgə əməkdaşlıq

Rəqabət sahəsində birgə əməkdaşlıq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə III Milli Rəqabət Forumu keçirilib. “Azərbaycanın rəqabət siyasətinin yeni mərhələsi” mövzusunda təşkil olunan toplantıda Milli Məclisin deputatları, dövlət qurumları, biznes assosiasiyaları, özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflər iştirak ediblər.

Forum ölkədə rəqabət siyasətinin yeni prioritetlərinin müzakirəsi, rəqabət mühitinin inkişafına dair yanaşmaların müəyyənləşdirilməsi, eləcə də dövlət qurumları, tənzimləyici orqanlar, biznes və akademik dairələr arasında fikir mübadiləsinin təşviqi və əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyıb.

Forumun açılışında energetika naziri Pərviz Şahbazov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış ediblər.

Çıxışlar zamanı rəqabət sahəsində həyata keçirilən hüquqi və institusional islahatların praktikada səmərəli tətbiqinin, onların iqtisadi inkişafa və rəqabət mühitinin yaxşılaşdırılmasına real təsirinin vacibliyi vurğulanıb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 11 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın əhəmiyyəti diqqətə çatdırılıb. Rəqabət prinsiplərinin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinin zəruriliyi qeyd olunub, rəqabət siyasətinin əlverişli investisiya mühitinin yaradılması, sahibkarlığın inkişafı və dayanıqlı iqtisadi artımın təmin edilməsindəki rolundan bəhs edilib.

Forum çərçivəsində, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “Rəqabət siyasətinin yeni mərhələsində elmi-analitik baxışın əhəmiyyəti”, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şəmsi Rzalı “Müasir iqtisadi siyasət çərçivəsində təbii inhisar fəaliyyət sahələrinin tənzimlənməsi”, İqtisadiyyat Nazirliyinin sektor müdiri Türkan Vüsət “Dövlət-özəl tərəfdaşlığı və rəqabət: İnfrastrukturun inkişafında yeni imkanlar” və Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin şöbə müdiri Mirməhəmmədəli Aslanov “Müstəqil tənzimləyici qurumlarla rəqabət siyasətinin həyata keçirilməsində əməkdaşlıq istiqamətləri” mövzusunda təqdimatlarla çıxış ediblər.

Təqdimatlar çərçivəsində təbii inhisar sahələrində dövlət nəzarətinin xüsusiyyətləri, rəqabətyönümlü iqtisadi mühitin formalaşdırılması və bu sahədə beynəlxalq təcrübənin tətbiqi məsələlərindən bəhs edilib. Rəqabət siyasətinin formalaşdırılmasında elmi-analitik yanaşmaların vacibliyi və sözügedən sahədə müstəqil tənzimləyici qurumlarla əməkdaşlığın inkişafı məsələləri iştirakçıların diqqətinə çatdırılıb.

Sonda forum iştirakçılarının sualları cavablandırılıb və təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 01:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri