Nazir türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşüb
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabineti sədrinin birinci müavini və xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.
Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Türkmənistan tərəfdaşlığının əsas aspektlərini müzakirə edərək, ortaq tarix, mədəniyyət və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlərin möhkəm təməlini vurğulayıblar.
Nazirlər həmçinin Avropa ilə Asiyanı birləşdirən strateji dəhlizlər boyunca enerji, nəqliyyat və tranzit infrastrukturu sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Həmçinin, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb, bütövlükdə regionda sülhün, sabitliyin və davamlı inkişafın qorunmasının vacibliyi vurğulanıb.
Hər iki tərəf müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək və bütün səviyyələrdə sıx dialoqun davam etdirilməsi öhdəliklərini bir daha təsdiqləyıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 18 Aprel 2026 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















