Nazir üçtərəfli görüşü xatırlatdı
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstan İrəvan və Bakı arasında dialoqu diqqətlə izləyir və yaxın gələcəkdə sülh sazişinin imzalanacağına ümid edir.
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili Tbilisidə azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
Gürcü nazir ölkəsinin Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edib. O, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin müavinləri Elnur Məmmədov, Vahan Kostanyan və Laşa Darsaliyanın iştirakı ilə üçtərəfli formatı xatırladıb, onun potensialını qeyd edib.
Xatırladaq ki, üçtərəfli formatda ilk görüş bu il aprelin 17-də baş tutub.
Ağarza Elçinoğlu
Baxış sayı:98
Bu xəbər 22 İyul 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















