Icma.az
close
up
RU
Nazir: Xaricdən gətirilən alim bizim prosedurlardan keçmək istəmir

Nazir: Xaricdən gətirilən alim bizim prosedurlardan keçmək istəmir

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Professor-müəllim və tədqiqatçıların mübadiləsi məsələsində bəzi problemlər yaşanılır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, azərbaycanlı alimlərin dünya elminə inteqrasiya olunması, həmçinin dünyanın aparıcı alimlərin Azərbaycana gəlməsi, burada elmi tədqiqatlara cəlb olunması prioritet istiqamətdir və burada görüləcək işlər daha çoxdur.

O qeyd edib ki, mövcud format və qəliblər əsaslı şəkildə dəyişməlidir:

"Biz əgər xaricdən hər hansı tədqiqatçını Azərbaycana alim və ya professor kimi dəvət ediriksə onun bizim qaydalara uyğun olaraq prosedurlardan keçməsi çətindir. Loru dildə desək özünə hörmət edən alim bu prosedurlardan keçmək istəmir, yaxud keçmir. Əgər biz həmin alimləri Azərbaycanda görmək istəyiriksə, o zaman mövcud prosedurlara mütləq yenidən baxmalıyıq.

Bir çox hallarda tədqiqatçı və alimlər üçün bürokratik prosesləri o qədər də asan deyil. Çünki alimin işi tədqiqat aparmaqdır, nəinki küllü sayda sənəd işlərinə fokuslanmaq. Ona görə də bəzi mexanizmləri sınaqdan keçiririk, yaxşı nəticə əldə edilsə prosedurun sadələşməsinə nail ola bilərik".

Ali təhsil müəssisələri ilə yaxından işləməyə çalışdıqlarına diqqət çəkən E.Əmrullayev vurğulayıb ki, ilkin mərhələdə pilot layihə olaraq maliyyə resursları ayrılır:

"Rəqəmlər böyük olmasa da, müşahidələr onu göstərir ki, ali təhsil müəssisələri bir çox bürokratik səbəbdən bu vəsaiti təyinatı üzrə xərcləyə bilmir. Bizim ali təhsil sistemində olan yanaşmalarımız həddindən artıq köhnəlib. Burada çox ciddi iradəyə ehtiyac var. Maneələr aradan qaldırılmalıdır ki, inteqrasiya prosesini sürətləndirə bilək. Aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə sıx işlər görülməlidir".

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri