Icma.az
close
up
RU
NAZİRDƏN QALMAQAL YARADACAQ YENİ AÇIQLAMALAR “Keyfiyyətli təhsil ucuz başa gələ bilməz...O məktəblər ya bağlanacaq...”

NAZİRDƏN QALMAQAL YARADACAQ YENİ AÇIQLAMALAR “Keyfiyyətli təhsil ucuz başa gələ bilməz...O məktəblər ya bağlanacaq...”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bəzi diplomlarbəzən kiminləsə üz-üzə gəlməmək, bəzən kiminsə hay-küyü ilə üzləşməmək üçün verilir

“Əgər ölkədəki ali təhsil müəssisəsinin pedaqoji fakültəsini bitirən şəxs MİQ imtahanında heç olmasa minimal bal toplamırsa, sual yaranır: O diplomu verən müəssisə məsuliyyət daşıyır, ya yox?”

"AzPolitika"  xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib.

Nazir bildirib ki, bəzi hallarda universitetlərdə diplomlar müəyyən ambisiyalara görə təqdim olunur: “Əgər adama diplom vermisənsə, mən demirəm o hamıdan yüksək bal yığsın, deyirəm ki, minimal bal toplasın. Bu diplomlar sadəcə olaraq bəzən mərhəmət hissi ilə, bəzən kiminləsə üz-üzə gəlməmək, bəzən kiminsə hay-küyü ilə üzləşməmək üçün verilir. Sonra əmək bazarında həmin adamların bacarıqları olmayanda bunun məsuliyyətini həmin ali təhsil müəssisəsi daşıyır. Bunu ört-basdır etmək düz deyil”.

Təhsil naziri Emin Əmrullayev keyfiyyətli təhsil üçün insanların daha çox pul ödəməli olduqları fikrindədir. 

"İnsanlar çox vaxt düşünürlər ki, az pul ödəməklə yüksək səviyyəli həkim hazırlamaq mümkündür. İl ərzində ali məktəbdə bir tələbənin həkim hazırlığına 8 min manat vəsait xərclənir. Mühəndislik və digər ixtisaslarda isə bu rəqəm 2500–3000 manat arasında dəyişir" - deyə o, qeyd edib.

Nazir bildirib ki, keyfiyyətli təhsil ucuz başa gələ bilməz: "Burada ən vacib məsələni düzgün anlamaq lazımdır: təhsilə qoyulan pul xərc deyil, investisiyadır. Nə qədər çox investisiya qoyularsa, bir o qədər də insan kapitalı və resursları inkişaf edəcək. Bizim yanaşmamız da bundan ibarətdir ki, insanların istedad səviyyəsi, hazırlıq dərəcəsi və bacarıqlarından asılı olmayaraq, onlara qoyulan investisiya artırılmalıdır".

Nazir ilk dəfə ali təhsil müəssisələrində dövlət sifarişli proqramların genişləndirildiyini qeyd edib: "Əvvəllər bir çox özəl ali təhsil müəssisələri dövlət sifarişində iştirak etmirdi, çünki ayrılan məbləğ kifayət etmirdi. Amma bu ildən dövlət həmin xərcləri qarşılayır. Biz əlavə olaraq SABAH proqramı mexanizmini tətbiq etdik. Nəticədə, məsələn, ADA Universitetində 180 nəfər tələbə dövlət sifarişi əsasında təhsil almağa başladı. Həmçinin Bakı Ali Neft Məktəbində və digər ali təhsil müəssisələrində də bu imkan yaradıldı".

"Bizim əsas məqsədimiz də budur: təhsilə qoyulan investisiya insan kapitalının inkişafını təmin etsin və gələcəkdə ölkənin keyfiyyətli mütəxəssislərlə təmin olunmasına xidmət etsin", - E.Əmrullayev deyib.

Emin Əmrullayev yenə şagird sayı az olan kəndlərdə məktəblərin bağlanacağınıl bəyan edinb.

“Az komplektləşdirilmiş, şagird sayı az olan məktəbləri qonşu kəndlərə daşımaqla təhsilin keyfiyyətini yaxşılaşdırmağa çalışırıq” -deyə, o, bildirib

Nazir hazırda ölkədə fəaliyyət göstərən məcburi köçkün məktəbləri haqqında da danışıb: “Növbəti illərdə Böyük Qayıdış proqramı çərçivəsində torpaqlarına qayıdan məcburi köçkünlər üçün 2 eyni məktəb fəaliyyət göstərə bilməz. Artıq torpaqlarımız işğaldan azad olunduğuna görə təbii ki Azərbaycanda məcburi köçkün məktəbləri olmayacaq, olmamalıdır. Həmin məktəblər ya bağlanacaq, ya da yerli məktəblərlə əvəzlənəcək”.

Elman

"AzPolitika. info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Sentyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri