Nazirə korrupsiya cinayətlərinə görə hökm oxundu İki il Paşinyanla bir komandada çalışıb AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş fövqəladə hallar naziri Andranik Piloyanın işi üzrə hökm elan edib.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Piloyan bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadədə, xüsusilə külli miqdarda rüşvət almaqda və xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib.
Məhkəmənin hökumü ilə keçmiş nazir həbsdə olma müddəti çıxılmaqla 5 ilədək müddətə azadlıqdan məhrum etmə, 3 il müddətinə müəyyən dövlət qulluğu vəzifələrini tutma hüququndan məhrum etmə və 1 milyon 300 min dram cərimə ödəməyə məhkum edilib.
Xatırladaq ki, Andranik Piloyan 2020-ci il noyabrın 20-dən 2022-ci il aprelin 1-dək fövqəladə hallar naziri vəzifəsində çalışıb. Piloyanın daha 5 şəriki barəsində də hökm elan edilib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 10 Dekabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















