Icma.az
close
up
RU
Nazirin açıqlaması Azərbaycan təhsilində ciddi böhranının olmasından xəbər verir Əməkdar müəllim

Nazirin açıqlaması Azərbaycan təhsilində ciddi böhranının olmasından xəbər verir Əməkdar müəllim

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev son çıxışında diqqət çəkən bir statistikaya toxunub. Nazirin sözlərinə görə, aparılan ölçmələr göstərir ki, ibtidai sinfi bitirən şagirdlərin 40-50%-i 5-6-cı siniflərin proqramını anlamaq üçün yetərli hazırlığa malik olmur. Həmçinin sertifikatlaşdırma prosesində ən aşağı nəticələr məhz ibtidai sinif müəllimləri arasında qeydə alınıb. Bu isə bir sıra ciddi suallar yaradır.

İbtidai sinif müəllimlərinin zəif nəticə göstərməsinin səbəbləri nələrdir: müəllim hazırlığı, ali məktəb proqramları, yoxsa işə qəbul sistemindəki boşluqlar?

Keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva Redaktor.az-ın sualına cavab olaraq bildirdi ki, son günlər ibtidai təhsillə bağlı səsləndirilən rəqəmlər cəmiyyətimizdə haqlı olaraq ciddi narahatlıq yaradıb:

"Nazir bildirir ki, ibtidai sinfi bitirən şagirdlərin yarıya yaxını 5-6-cı sinifin materialını qavramaq səviyyəsində deyil. Üstəlik, sertifikatlaşdırma prosesində ən zəif nəticələri də məhz ibtidai sinif müəllimləri göstərib. Bu, Azərbaycan təhsilində ciddi böhranının olmasından xəbər verir. Amma məsələni sadəcə “müəllimlər zəifdir” kimi təqdim etmək düzgün deyil. Problemin kökü daha dərindir və bir neçə istiqamətdən ibarətdir. Əvvəla, biz ibtidai sinif müəllimlərini hazırlayan ali məktəblərdə hələ də çox nəzəri təhsil veririk. Universiteti bitirən gənc müəllim sinfə daxil olanda real dərs prosesi ilə bağlı çox şeyə sıfırdan başlamaq məcburiyyətində qalır. Uşaqların psixologiyası, sinif idarəetməsi, fərqli səviyyələrə uyğun təlim metodları, bunlar nəzəriyyə ilə yox, real təcrübə ilə formalaşır. Digər tərəfdən, müəllimlərin işə qəbul sistemi də daha çox test biliyinə söykənir".

Əməkdar müəllim əlavə etdi ki, testdə yüksək nəticə göstərmək yaxşı müəllim olmaq demək deyil:

"Uşağa motivasiya vermək, dərsi maraqlı etmək, fərqli səviyyəli şagirdlərlə işləyə bilmək bacarığı testdə ölçülmür. Bütün bunların üzərinə bir də davamlı inkişaf imkanlarının azlığını əlavə edək. Sertifikatlaşdırmadan sonra müəllimə sistemli metodik dəstək verilmirsə, o, dəyişən təhsil tələblərinə necə uyğunlaşsın? Bir məsələ də var ki, çox vaxt unudulur: şəhər məktəbinin şəraiti ilə kənd məktəbinin şəraiti eyni deyil. Resurs, müəllim çatışmazlığı, siniflərin doluluğu, bunlar nəticələrə birbaşa təsir edən amillərdir. Amma statistik açıqlamalar bu fərqləri nəzərə almır".

Müsahibimizin fikrincə, indi etməli olduğumuz şey kimisə günahlandırmaq deyil, problemi kökündən görməkdir.

"İbtidai təhsil bizim bütün sistemin təməlidir. Təməl zəifdirsə, uşaq növbəti siniflərdə çətinlik çəkir, nəticə etibarilə cəmiyyət də itirir. Bu səbəbdən, nazirlikdən gözləntimiz odur ki, açıqlanan rəqəmlərin arxasında duran real mənzərə daha şəffaf şəkildə ictimaiyyətə təqdim olunsun: hansı regionlar, hansı məktəblər, hansı meyarlarla ölçülüb? Hansı istiqamətlərdə dəstək çatışmır? Çünki real islahat ancaq problemi bütün tərəfləri ilə görmək və onu birlikdə həll etmək iradəsi ilə mümkündür", - deyə Sona Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri