Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya vəzifə verildi
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Gununsesi.info bakupost.az-a istinadən xəbər verir ki, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzrə eyni vəzifə həvalə edilib və o artıq işinin icrasına başlayıb.
Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Təranə Əhmədova 2024-cü ilin dekabrında Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmovanı əvəz etmişdi.
Səidə Rüstəmova saxta sertifikasiya işi ilə bağlı ittiham olunur.
Baxış sayı:100
Bu xəbər 07 May 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















