Icma.az
close
up
RU
Nazirlər COP29da dayanıqlı, rəqəmsal Orta Dəhliz mövzusunun müzakirəsi üçün TOPLANDILAR FOTO

Nazirlər COP29da dayanıqlı, rəqəmsal Orta Dəhliz mövzusunun müzakirəsi üçün TOPLANDILAR FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Urbanizasiya, Nəqliyyat və Turizm Günü keçirilib. Bu çərçivədə “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası təşkil edilib.
Bizim.Media xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) olub.
 

Dəyirmi masa Orta Dəhliz və digər beynəlxalq dəhlizlərdə dayanıqlılıq və rəqəmsallaşmanın təşviqi, qarşılıqlı əlaqə və iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.


Tədbirdə region və onun hüdudlarından kənar ölkələrin nəqliyyat sahəsinə məsul nazirləri və yüksəksəviyyəli rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təhlükəsiz, etibarlı və ekoloji cəhətdən təmiz qlobal nəqliyyat sisteminin qurulmasında rəqəmsallaşmanın əhəmiyyətini vurğulayıb:
“Azərbaycan ekoloji dayanıqlılığı gücləndirmək, tranzit vaxtlarını və istixana qazı emissiyalarını azaltmaq üçün Orta Dəhliz boyunca rəqəmsal həllərin inteqrasiyasına sadiqdir”.
“Dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılması daha səmərəli nəqliyyat və ticarət dövriyyəsi vasitəsilə karbon emissiyalarını azaltmaqla, alternativ enerji mənbələri və “ağıllı nəqliyyat” həllərindən istifadə etməklə və yalnız avtomobil daşımalarından asılı olmadan daha davamlı, dayanıqlı olan çoxsaylı nəqliyyat növlərinin inteqrasiyası yolu ilə Paris Sazişinin məqsədlərinə çatmaqda mühüm rol oynayır”, – deyə BMT Baş katibinin müavini, Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Alişahbana qeyd edib.
“Rəqəmsal dəhlizlər səmərəliliyi artıran, əməliyyatları asanlaşdıran və nəticədə daha yaşıl təchizat zəncirləri yaradan davamlı şəbəkə formalaşdırmaq üçün önəmlidir. Xəzər dənizi vasitəsilə Avropa və Asiyanı birləşdirən Orta Dəhliz davamlı, rəqəmsal inkişaf üçün böyük potensiala malik strateji marşrutlardan biridir. Məqsədyönlü səylərlə biz bu dəhlizi tam rəqəmsal və ahəngdar işləyən marşruta çevirə, xərcləri azalda, bütün maraqlı tərəflər üçün proqnozlaşdırıla bilən şəffaflığı artıra bilərik”, – deyə BMT Baş katibinin müavini və Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan vurğulayıb.
Dəyirmi masada Orta Dəhliz və qlobal miqyaslı digər nəqliyyat marşrutlarında davamlılıq və rəqəmsallaşmanı təşviq etmək üçün bu istiqamətdə son nailiyyətlər, eləcə də təşəbbüslər müzakirə olunub.
Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr, enerji səmərəliliyinin artırılması üçün intellektual nəqliyyat sistemlərindən istifadə nümunələri nəzərdən keçirilib. İnnovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasına təsiri, dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni zəkanın potensial rolu barədə fikir mübadiləsi aparılıb.
Dəyirmi masada nəqliyyat dəhlizlərinin rəqəmsallaşmaya keçidinin işçi qüvvəsinə təsiri, insan resurslarının inkişafı və yaşıl iş yerlərinin yaradılması imkanları da araşdırılıb. Tədbirdə qeyd edilib ki, son geosiyasi dəyişikliklərdən əvvəl Azərbaycan Orta Dəhlizin strateji potensialını anlayaraq nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə proaktiv sərmayə qoyub. Orta Dəhliz infrastrukturunun genişləndirilməsi indi də prioritetdir.
Azərbaycan, həmçinin tarif siyasətinin uyğunlaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, nəqliyyat və dəmiryolu müəssisələrinin fəaliyyətinin sinxronlaşdırılması məqsədilə tərəfdaş ölkələrlə fəal əməkdaşlıq edir.
 

Vurğulanıb ki, ölkənin rəqəmsal strategiyasının mərkəzi komponenti Rəqəmsal Nəqliyyat və Logistika İnformasiya Sistemidir. Bu platforma dəhliz boyunca yüklərin səmərəli izlənilməsi, proqnozlaşdırılması və idarə olunmasını dəstəkləyərək şəffaflığı təmin edəcək.


Dəyirmi masanın yekunlarına dair kommunike qəbul olunub. Kommunike regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya prosesini irəlilətmək üçün kollektiv öhdəliyi əks etdirir.





Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Noyabr 2024 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see251

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see184

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see137

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see137

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri