Nazirlər Kabinetindən YENİ QƏRAR: Siyahı dəyişdi
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli qərarı ilə müvafiq siyahıya dəyişiklik edilib.
Dəyişikliyə əsasən, daha 7 iqtisadi fəaliyyət istiqamətində istifadə üçün idxal olunan müvafiq texnika, texnoloji avadanlıq, qurğu, xammal və materiallar əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azad edilib.
Güzəştlərin şamil edildiyi yeni fəaliyyət sahələri bunlardır:
Əczaçılıq məhsullarının istehsalı;
Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı;
Üzümdən şərab istehsalı;
Elmi tədqiqat və işləmələr;
Ət, quş əti, balıq və süd məhsullarının emalı və konservləşdirilməsi, həmçinin heyvan yemi istehsalı;
Heyvandarlıq və şirin su hövzələrində balıqyetişdirmə;
Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması.
Qeyd edək ki, güzəştlər yalnız təsdiqlənmiş siyahıda göstərilən iqtisadi fəaliyyət sahələrinə və həmin sahələr üzrə nəzərdə tutulan malların idxalına şamil olunur.
Dəyişikliklərin kənd təsərrüfatı, emal sənayesi, əczaçılıq, bərpa olunan enerji və elmi tədqiqat sahələrində fəaliyyət göstərən sahibkarların investisiya və istehsal xərclərini azaltması, yeni layihələrin həyata keçirilməsini stimullaşdırması gözlənilir.
Güzəştlərdən yararlanmaq üçün sahibkarlar sənədlərini İqtisadiyyat Nazirliyinə fiziki və ya elektron formada təqdim edə bilərlər.
Baxış sayı:75
Bu xəbər 09 Oktyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















