Icma.az
close
up
RU
NAZİRLƏRİN “DELFİN STATİSTİKASI” “Azərbaycanda açılan iş yerlərini deyirlər, bağlananları isə demirlər”

NAZİRLƏRİN “DELFİN STATİSTİKASI” “Azərbaycanda açılan iş yerlərini deyirlər, bağlananları isə demirlər”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda işsizlik səviyyəsinin rəsmi statistikadan fərqli olduğu heç kimə sirr deyil. Buna baxmayaraq, hökumət üzvləri çox vaxt problem həll etmək əvəzinə, hesablamalarda və statistikada manipulyasiyalara yol verir, vəziyyəti olduğundan daha yaxşı təqdim etməyə çalışırlar.

“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı maraqlı paylaşım edib: “Mikayıl Cabbarov, sitat: “1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək, qeyri-neft-qaz özəl sektorda, gündəlik orta hesabla 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınıb”.

Dünyada əyləncəli statistikalar çoxdur, onlardan biri də “delfin statistikasıdır” – yəni, bilinən faktdır ki, delfinlər qəzaya uğrayan gəmilərdən insanları xilas edib sahilə gətiriblər, hətta, son 100 ildə dünya mətbuatında bu tipli xəbərləri, təsdiq olunmuş faktları toplayanlar da olub və onlar iddia edirlər ki, son 100 ildə delfinlər 1500-ə yaxın insan xilas edib, sahilə doğru gətiriblər. Amma təbii ki, delfinlər tərəfindən sahilə deyil də, dənizlərin, okeanların dərinliklərinə aparılan insanların sayı haqqında heç bir rəqəm, məlumat yoxdur.

Azərbaycanda nazirlər, məmurlar çox zaman “delfin statistikası” məntiqindən istifadə edirlər, yəni, açılan iş yerləri haqqında deyirlər, bağlanan iş yerləri haqqında isə heç nə söyləmirlər. Məsələn, 2023-cü ildə ölkədə 14 min 900, 2024-cü ildə 11 mindən çox, bu ilin yanvar-sentyabr aylarında isə 8 min 900 iş yeri bağlanıb.

Beləliklə, 2023-cü ildən bu ilin - 2025-in sentyabr ayının sonunadək ölkədə 34800 iş yeri qapadılıb, yəni, günə 35 nəfər işsiz qalıb...”

“AzPolitika”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri