Icma.az
close
up
RU
Nazirlik hərəkətə keçdi Ana südünün satışı qadağan edildi

Nazirlik hərəkətə keçdi Ana südünün satışı qadağan edildi

Icma.az, Medicina portalına istinadən məlumat verir.


Türkiyədə ana südünün satışı qadağan edilib.

Medicina.az xəbər verir ki, ana südündən uzun müddət istifadə sağlam nəsillərin formalaşması və immunitet sisteminin gücləndirilməsi üçün önəmlidir.

Ticarət Nazirliyi bu vəziyyətdən sui-istifadə edənlərə qarşı yeni qaydalar tətbiq edib.


Ticarət Nazirliyi müvafiq şəraitdə sağılmayan, daşınmayan və saxlanılmayan ana südünün körpənin sağlamlığı üçün ciddi risklər yaratdığını və əhalinin sağlamlığını birbaşa təhdid etdiyini açıqlayıb.

Qeyd edək ki, ana südü Facebook və Instagram sosial media platformaları kimi rəqəmsal kanallar vasitəsilə satışa təqdim edilib.

Onu kommersiya malına çevirmək və satışa çıxarmaq cəhdləri barədə çoxlu məlumatlar Ticarət Nazirliyinə ötürülüb.

Sağlamlıq risklərini nəzərə alan qiymətləndirmələrdən sonra və ictimai sağlamlığı və istehlakçıları qorumaq məqsədi ilə Ticarət Nazirliyinin verdiyi qərarla ana südünün satışı qadağan edilib.


Ana südünün alqı-satqısı ilə bağlı məzmunun paylaşılması və bu məzmuna vasitəçilik edilməsi də qadağaya daxildir.

Bu qadağaya zidd hərəkət edən şəxslər, ana südü satanlar, reklam və tanıtım fəaliyyəti ilə məşğul olanlar və rəqəmsal mühitdə bu prosesə vasitəçilik edən platformalar hər bir pozuntuya görə 684 min 214 TL-ə qədər inzibati cəriməyə məruz qalacaq.

Aygün

Medicina.az


İnternetdə 100 dollara ana südü satılır - Yeni təhlükə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 07 İyun 2025 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri