Icma.az
close
up
RU
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? Rəsmi açıqlama

Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? Rəsmi açıqlama

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli İngiltərədən özəl sifarişlə gətirdiyi kitabların Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ tərəfindən saxlanılaraq müsadirə olunduğunu iddia edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sahibkar sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu səbəbdən yalnız son ay ərzində ona 2600 manatlıq ziyan dəyib: “İngiltərədən özəl sifariş olaraq 1000 manat dəyərində kitablar gətirmişəm, sertifikat adı ilə bizə 1900 manatlıq pul ödətdiriblər. Üstəlik də 500 manat dəyərində olan ən bahalı kitabları “ekspertiza” adı ilə “müsadirə” ediblər və qaytarmırlar. Müştəri də öz kitablarını tələb edir. Mən ona nə deməliyəm? Kitab əvəzinə 1900 manatlıq, heç kəsə lazım olmayan sertifikatı təhvil verməliyəm? Yalnız son ay ərzində bu mərkəzin hoqqalarına görə bizə 2600 manatlıq ziyan dəyib, çünki sertifikatlarla qarışıqlıq yaradıb gömrük işlərimizi yubadırlar, gömrük də bizdən saxlama pulunu artıqlaması ilə alır. Heç kəsə lazım olmayan sertifikatlara 3100 manat ödəmişik. Üstəlik, yalnız bu ayda çoxlu kitabları “müsadirə” ediblər”.

N. Köçərli ötən gün sözügedən mərkəzin rəhbərliyi ilə görüşdüyünü, lakin problemin həll olunmadığını deyir. Onun sözlərinə görə, yenə get-gələ salınıb, bu dəfə yeni gələn sifariş üçün əlavə 300 manat tələb ediblər.

Problemlə bağlı “Respublika Sanitariya-Karantin Mərkəzi”nə ünvanladığımız sorğuya belə cavab aldıq: “Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxs idxalçının müraciətinə əsasən respublikaya idxal olunan sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsullarının ekspertizasını keçirir, onların laborator müayinələrini aparır, müayinə nəticələri sanitariya-gigiyena norma və tələblərinə cavab verdiyi təqdirdə onların gigiyenik sertifikatlaşdırılmasını həyata keçirir.

“Ali və Nino Yayım” MMC tərəfindən respublikaya idxal edilmiş poliqrafiya məhsullarına gigiyenik sertifikatın verilməsi üçün Mərkəzə 09.02.2025-ci il, 03.09.2025-ci il, 04.09.2025-ci il, 11.09.2025-ci il tarixli müraciətlər daxil olub. İdxal edilmiş məhsullardan nümunələr götürülməklə laborator müayinəyə cəlb edilib.

Laborator test və ya sınaq məqsədilə götürülmüş məhsul nümunəsi aparılmış laborator analizlərdən sonra fiziki-kimyəvi, toksikoloji və mikrobioloji çirklənməyə məruz qalmaqla orijinal fiziki və kimyəvi xüsusiyyətlərini itirdiyi üçün istifadəyə yararsız hesab olunur və onun dərhal zərərsizləşdirilməsi tələb olunur.

AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının imperativ göstərişlərinə uyğun olaraq, laboratoriyada sınaq nümunələrinin saxlanması, müəyyən müddət qorunması və məhv edilməsi ilə bağlı prosedurlar olmalıdır. Nümunənin çirklənməsi və ya ilkin vəziyyətinin dəyişməsi zamanı sözügedən nümunə müştəriyə qaytarılmamalıdır”.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri