Icma.az
close
up
RU
Nazirlik Nuradan iki şey tələb edə bilər Qalmaqallı məsələyə RƏSMİ REAKSİYA

Nazirlik Nuradan iki şey tələb edə bilər Qalmaqallı məsələyə RƏSMİ REAKSİYA

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müğənni Nura Suri ilə Mədəniyyət Nazirliyi arasında yaranan gərginlik davam edir. İfaçı əvvəlcə qurumun Mənzər, daha sonra isə Nərmin adlı əməkdaşlarının adını səsləndirib, bəzi sənətçilər, hətta Xalq artistlərinin belə, tədbirlərə dəvət almaq üçün hədiyyə və pul verdiyini iddia edib. Maraqlıdır ki, bir neçə gündür davam edən məsələyə nazirliyin reaksiyası görünmür.

Qurumun bu addımı necə izah olunmalıdır? Nura Suri səsləndirilən iddialara görə məhkəməyə verilə bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, ictimai təşkilatlar və xüsusilə dövlət təsisatları mətbuat xidməti vasitəsilə vətəndaşlar, o cümlədən mədəniyyət işçiləri, müğənnilərin ünvanladığı hər bir fikirlə bağlı mütləq açıqlama verilməlidir:

Ramil Süleymanov

“Çünki bu qurumlar dövlət təsisatıdır və fəaliyyətlərini vətəndaşların, o cümlədən Nura Surinin ödədiyi vergilər hesabına həyata keçirirlər. Buna görə də onlara ünvanlanan hər bir sorğu və ittiham barədə məlumat vermək öhdəlikləri var. Ümumilikdə, əgər nazirlik irəli sürülən fikirləri əsassız hesab edirsə, məsələnin araşdırılması üçün Baş Prokurorluğa müraciət edə bilər. Aparılan araşdırma nəticəsində Nura Surinin sözləri təsdiqini tapmasa, Mədəniyyət Nazirliyinin onun əleyhinə iddia qaldırması mümkündür. İfaçıdan məlumatların təkzibi və üzr istənilməsi tələb edilə bilər. Dövlət qurumu olduğu üçün hər hansı təzminat olmayacaq”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, 2004–2022-ci illərlə bağlı səsləndirilən iddialar, həmin dövrdə aşkarlanan qanun pozuntuları mövcud qanunvericilik çərçivəsində araşdırılıb, onlara hüquqi qiymət verilib və məsuliyyət tədbirləri tətbiq olunub:

“Bəzi sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə  çıxış edən ifaçıların seçim qaydaları ilə bağlı faktlara söykənməyən  məlumatlar yayılır. Bildiririk ki, nazirliyin tabeliyində çalışan əməkdaşlar tərəfindən qanunsuzluq hallarına yol verilməsi barədə müraciətlər daxil olduqda qanunvericiliyə uyğun olaraq araşdırma aparılır. Zəruri hallarda toplanmış materialların obyektiv hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilməsi təmin edilir.

İncəsənət nümayəndələrinin dövlət tədbirlərində iştirakına şərait yaradılmaması ilə bağlı şikayətlərə gəldikdə isə, nazirliyin fəaliyyətinin 2004-2022-ci il dönəmlərini əhatə etdiyinə baxmayaraq, ötən il müəyyən qüvvələr tərəfindən bir daha aktuallaşdırılıb, iddialara baxılıb və xidməti yoxlama aparılıb. Araşdırma nəticəsində konkret şəxslərin qanunsuz əməllərini sübuta yetirən faktlar və sübutlar təqdim edilməyib. Bu isə səsləndirilən iddiaların əsassız olduğunu bir daha təsdiqləyir”.

Nazirlik keçirdiyi rəsmi tədbirlərdə, konsert proqramlarında çıxış edən ifaçıların seçim qaydalarına da toxunub:

“Bu seçim tədbirin formatına, konsepsiyasına, habelə ifaçının repertuar məzmunun buna uyğunluğuna əsasən aparılır, müvafiq ekspert qrupunun qərarı ilə təsdiq edilir. Mədəniyyət Nazirliyinin ötən 2004-2022-ci illər dönəmini əhatə edən, keçmiş fəaliyyəti ilə bağlı səsləndirilən müxtəlif fikirlərlə bugünkü fəaliyyətimizə kölgə salınması yolverilməzdir. Konkret faktlara söykənmədən dövlətin mədəniyyət strategiyasını həyata keçirən nazirlik barədə həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti alçaldan, habelə ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması hüquqi məsuliyyət yaradır”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri