Icma.az
close
up
RU
Nazirlik saxta əlillik pensiyası düzəldən baş həkimdən şikayətçi oldu, məhkəmə qərar çıxardı

Nazirlik saxta əlillik pensiyası düzəldən baş həkimdən şikayətçi oldu, məhkəmə qərar çıxardı

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şirvan Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən M.M-in (şərti)  barəsindəki hökmdən mülki iddiaçı tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Kamran Mikayılov tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, M.M. Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini-baş həkim vəzifəsində çalışıb.

Belə ki, o, əmək qabiliyyətinin olmaması vərəqələrində göstərilən xəstəxanaların heç birində ambulator və ya stasionar qaydada müalicə olunmadığı halda bununla bağlı bilə-bilə yalan məlumatlar daxil edərək həmin şəxslərə 2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 38 023 manat məbləğində pul müavinətinin ödənilməsini təmin edib.

Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərib ki, əlillik dərəcəsi olmayan şəxslərə saxta sənədlər əsasında əlillik təyin edilərək onların qanunsuz pensiya almalarının qarşısını kəsmədiyinə görə özünü səhlənkarlıqda təqsirli bilir.

Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qeyd edib ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməyib, ondan şikayətçidirlər və mülki iddianı müdafiə edirlər. Ona görə də göstərdiklərini nəzərə alaraq mülki iddianın təmin edilməsi və mülki cavabdehdən 38 023 manat maddi ziyanın alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə ona aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası cəzası təyin edilib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cəza təyin edilməsyib. M.M-ə təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkəcək. Cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından pul tutulmaların aparıldığı vaxtdan hesablanacaq.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 Mart 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see130

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see129

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see124

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see124

Rusiya Ukraynanın itkilərini yenilədi KONKRET

11 İyun 2025 15:44see122

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see122

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see122

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see121

Azərbaycanda kripto ilə ödəniş etmək mümkün olacaq? AÇIQLAMA

11 İyun 2025 12:32see118

“Qarabağ”da üç vida Əsas futbolçular getdi+Rəsmi

11 İyun 2025 22:13see117

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see116

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see116

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see116

Ən uzunömürlü 3 BÜRC

11 İyun 2025 13:39see115

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see115

Böyük Britaniyada küçədə gecələmək cinayət sayılmayacaq

11 İyun 2025 12:43see115

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see115

3 günlük matəm: YENİ DETALLAR ORTAYA ÇIXDI

11 İyun 2025 12:34see114

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see114

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri