Icma.az
close
up
RU
Bağ evindən oğurluq oldu, məhkəmə zərərin ödənilməsi haqda qərar çıxardı, amma... ŞİKAYƏTÇİ ÖLÜMLƏ TƏHDİD EDİLİR

Bağ evindən oğurluq oldu, məhkəmə zərərin ödənilməsi haqda qərar çıxardı, amma... ŞİKAYƏTÇİ ÖLÜMLƏ TƏHDİD EDİLİR

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2198 saylı bağ evində yaşayan Seyid-Zadə Rauf Nağı oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir:

"Hörmətli Prezident!

Hörmətli Cənablar!

İllərdir gözləyirəm ki, başımıza açılan bu haqsızlıq sona çatsın. Amma təəssüf ki, mən və ailə üzvlərim susduqca bağ evimi oğurlayan və torpaq sahəmi zəbt edən şəxslər sanki daha da güclənir.

Bağ evini biz yeni almamışıq, atamdan miras qalıb. Evin sənədləri əlimizdə olduğuna görə, səbrlə nəticəni bu vaxta kimi gözləmişəm.

Məsələ ondan ibarətdir ki, bağ evi olduğu üçün tez-tez  getmirdik. Bir gün, yəni 2017-ci ilin oktyabr-noyabr aylarında ailəmlə birgə bağa gedərkən həyat qapısının yerində olmadığını, evə girərkən isə əşyaların oğurlandığını gördük.

Məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verdik. Qeyd edim ki, həyətə çox yaxın məsafədə əvvəl tanımadığımız şəxslər “pivəxana” açmaq istəyəndə, rəhmətlik atam bununla bağlı bəzi qurumlara şikayətlər ünvanlayırdı. Həyət sahəmizə yaxın sahədə Kazım adlı şəxs tikinti işi görürdü. O da bildirdi ki, bura Rafael adlı adama aiddir. Amma ağlımıza gəlməzdi ki, bizim həyəti zəbt edib, daha sonra evin əşyalarını oğurlayacaqlar.

Tikinti aparan şəxslər yoxluğumuzdan istifadə edib, evi qarət edib və torpaq sahəmizi də zəbt ediblər. Təsəvvür edin, bu insanlar qanunları heçə sayır. Evdə olmayan insanların həyətinə daxil olurlar, həyət qapısını söküb, evi qarət edirlər.

İşə polis qarışdı, müstəntiq ayrıldı. Evimiz qarət edən şəxslər, yəni Rafael və dəstəsi bizi təhdid etməyə başladı. Hər dəfə ağzından bu sözü çıxarırdı - “qan düşəcək”. Oğurluq olunan ev mənim, zəbt olunan torpaq yenə mənim, onlar məni təhdid edirlər.

Həyətimizdə olan ağacları belə, kəsiblər. Təhqiqatçı bağı görüb bildirdi ki, bu halı özbaşınalıq və oğurluq kimi qiymətləndirəcəm. Daha sonra iş oğurluq kimi istintaqa göndərildi.

2018-ci ildə polis idarəsində müstəntiq tərəfindən dindirildim və bildirdim ki, bu hadisədə Rəfael, oğlu Qasım və atası iştirak edib. Bizi necə hədələyiblər, onları da izahatda bildirdik. Müstəntiq sual verdi ki, niyə məhz adlarını çəkdiyin insanlardan şübhələnirsən? Bildirdim ki, çünki onlar dəfələrlə bizi təhdid ediblər.

Müstəntiq ilkin olaraq oğurlanmış əşyaların qiyməti və siyahısını tələb etdi. Bildirdim ki, evə baxış keçirib, oğurlanan əşyaların siyahısını evdə yazıb gətirəcəyəm. Məndən cəmi bir dəfə, yəni 2018-ci ilin əvvəllərində izahat alındı. Daha sonra mən ora gəldikdə işin bağlanmış olduğunu öyrəndim. Niyə belə edildiyini, niyə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilmədiyini soruşduqda, hüquq-mühafizə orqanı əməkdaşı mənə bildirdi ki, işi baxan müstəntiqin atası böyük vəzifədə işləyir və sən onlara heç nə edə bilməyəcəksən. Qarşı tərəfi müdafiə edəcək.

Zaman keçdikdə bunun doğru olduğunu gördüm. Sənədlərim əlimdə olasa da haqsız vəziyyətə salınıram.

Qanunsuz tikinti ilə bağlı məhkəməyə müraciət etdik. Biz mülki qaydada məhkəməyə müraciət etdik və məhkəmə bizim iddiamızı təmin edərək, qanunsuz tikintinin sökülməsinə dair qərar çıxardı. Apellyasiya və kassasiya instansiyası məhkəmələri də bizim xeyrimizə qərar çıxardılar.

Məhkəmə prosesi zamanı tikintiyə, torpağa dair sənəd təqdim edəcəklərini bildirsələr də, onların təqdim etdiyi sənədin tamamilə başqa yerə və başqa şəxsə məxsus olduğu sübut olundu. Həmin sənədin də məhkəmə araşdırması zamanı saxta olduğu öz təsdiqini tapdı. Və məhkəmə prosesi zamanı Rəfailin oğlu Qasım bildirdi ki, bağdakı hadisəni onlar törədiblər.

Bağdan aşağıdakı qiymətli əşyalar oğurlanmışdır:

1. Ov tüfəngi; 

2. Ovçuluq alətləri, patronlar, qırma və bant; 

3. Pianino Oktaviya 1 (bir) ədəd; 

4. Yapon servizi 12 nəfərlik; 

5. Alman servisi orijinal Madonna 6 nəfərlik 2 (iki) ədəd; 

6. Təbriz xalçası 5 (ədəd) əl işi; 

7. Donbas soyuducu 1 (bir) ədəd; 

8. ZİL soyuducu 1 ədəd; 

9. İşlək vəziyyətdə olan antikvar televizor 1 (bir) ədəd; 

10. İşlək vəziyyətdə olan antikvar radiola 1 (bir) ədəd; 

11. Dəmir çarpayı 3 (üç) ədəd; 

12. Təmiz yundan olan 7 (yeddi) dəst yataq dəsti; 

13. Qu tükündən yastıqlar; 

14. Təmiz yundan yorğanlar; 

15. Nadir nüsxə sayılan bukinist kitablar; 

16. Nərdivan; 

17. Ölçü alətləri; 

18. Yeni və işlənməmiş inşaat materialları; 

19. Elektrik su motorları 2 (iki) ədəd; 

20. Çexoslavakiya istehsalı olan büllur çilçıraqlar; 

21. Evdə olan bütün elektrik avadanlıqları; 

22. Masa 3 (üç) ədəd; 

23. Stul 9 (doqquz) ədəd.

24. İçərisində bahalı parça olan 4 (dörd) ədəd çemodan;

25. Uşaq yolkası və alman istehsalı olan yolka bəzəkləri;

26. Qədimi uşaq dəmir yolu;

27. Hayətdən borular;

28. Zinger tikiş maşını 1 (bir) ədəd;

29. Vacib sənədlər götürülmüş, su quyusu, həyətdəki daş hasar, daş yolunun daşları isə sökülmüşdür.

Bağ evindən mənə və atama məxsus dəyərli aşyalar oğurlanmışdır. Qeyd etmak istəyirəm ki, oğurlanmış əmlakın ümumu dəyəri 30 000 (otuz min) manat taşkil edir. Bu zaman bağ evinin darvazasının yeri dayişdirilmiş, bağ evi talan edildikdən sonra yandırılmağa cəhd edilsə də, bu baş tutmamışdır. Hazırda bu şəxslər tərəfindən mənə, o cümlədən icra məmuruna hədə-qorxular gəlinir, qətnama icra ediləcəyi təqdirdə "qan düşəcəyi" bildirilir. Konkret olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını taləb edəcəyim, icra olunacağı təqdirdə məni öldürəcəklərini bildirirlər.

Bir daha bildirirəm ki, həmin aməllər mənə məxsus bağ evinin qarşısında qanunsuz tikilmiş mağazanın sahibi va ona yaxın şəxslər, yəni Bakı şəhəri Şağan qəsəbəsi N.Məmmədov küçəsi 21-ünvanında yaşayan Qasımov Qasım Rafail oğlu, Qasımov Rafail, 12 il həbsdə olan Ədalət  və ona yaxın digər şəxslər tərəfindən törədilə bilər.

Hörmətli Prezident!

Hörmətli Cənablar!

Mən, heç bir qanunsuz yola əl atmamışam. Atamdan qalan öz bağ evimi qanunsuz yerə zəbt edənlərdən həyətimi, evimi və əşayalarımı tələb edirəm. İş icraatda olsa da Ədliyyə Nazirliyi işi icra etmir.

Onu da qeyd edim ki, həyətimi zəbt edən, evimdən oğurluq edən şəxslərin özlərinin dediyinə görə Fəxri Ələsgərovun himayəsindədirlər. Fəxri Ələsgərova məxsus Daş karxanasında işlədikləri üçün F.Ələsgərov da onları müdafiə edir.

Mən Fəxri Ələsgərovun qəbulunda da olmuşam. Bütün olanları ona bilidrdim ki, sizin adınızdan istifadə edirlər. Amma heç bir nəticə olmadı.

Xəzər rayon İcra hakimiyyəti tərəfindən tək mənim yox, bir çox torpaq sahələrinə qanunsuz olaraq, sənədsiz tikintisinə icazəsi verilir. Mən bağ evimə gedə bilmirəm. İcra işini icra etmir.

Mən, sizin qəzet və sayt vasitəsilə yuxarıda adlarını çəkdiyim səlahiyyətli şəxslərdən və qurumlardan xahiş edirəm, məsələ ilə bağlı tapşırıq verilsin, işin icraatına başlanılsın”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see553

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see123

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see116

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see114

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see114

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see114

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see113

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see113

Meningitin müalicəsi də icbari tibbi sığorta hesabına həyata keçirilir

15 İyul 2025 10:54see113

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see112

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see110

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Şəbnəmin Böyükada Fotosessiyası

15 İyul 2025 11:57see110

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri