Nazirliklə sənətçilər üz üzə Mənzər Nurəliyevada 30 min dollarlıq əməliyyatın pulu haradandır?
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Mədəniyyət Nazirliyi və Sənət nümayəndələri arasındakı gərginlik səngimək bilmir.
"Yeni Sabah" xəbər verir ki, Elçin Əlibəylinin təqdimatında yayımlanan "Aktual Gündəm" verilişinə qatılan Almaxanım Əhmədli və Nura Suri maraqlı açıqlamalar veriblər.
Almaxanım Əhmədli iddia edib ki, Mənzər Nurəliyeva ondan və sənət dostlarından müxtəlif hədiyyələr tələb edib. Həmin fikrləri Nura Suri də dəstəkləyib:
"Məncə, Mənzər Nurəliyeva bunları görməzdən gəlir deyə, Özbəkistan mədəniyyət günlərində nazir Adil Kərimli məni o siyahıya salmışdı. Bundan sonra 15-20 gün məşqlərə getdik. Uçuşa bir neçə gün qalmış Mənzər xanımın köməkçisi mənimlə əlaqə saxladı və bildirdi ki, məni siyahıdan çıxardıblar. Fikrimcə, bu, dostluq və şəxsi münasibətlər zəmnində baş verdi. Mən və digər sənət yoldaşlarım bu siyahıdan çıxarıldılar. Bu insanın müəyyən tələbləri var. Bunu hər kəs gözəl bilir. Mən və sənət dostlarımdan müəyyən məbləğlər tələb edirdilər. Bizdən istəyirdilər ki, qayıdanda ona ətir gətirək. İstifadə etdiyi ətir də bahalıdır. Qiyməti 600-1000 manat aralığında dəyişir".
Nura Suri də öz növbəsində bildirib ki, Mənzər Nurəliyeva üzgərdirmə əməliyyatı etdirib, onun da qiyməti 30 min dollarda yuxarıdır.
Qeyd edək ki, verilişə onlarla birlikdə Mədəniyyət Nazirliyinin müşaviri Oleq Əmirbəyov və Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova da qatılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 21 Noyabr 2025 01:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















